"Amerikada şah tərəfdarlarından da təxribat gözləmək mümkündür" - Elxan Şahinoğlu
18:12 21.05.2023
Aktual
434
"Əhməd Obalı vaxtilə GünAz TV-ni təsis etməklə mürəkkəb bir işə girişib, dostlar qazanmaqla yanaşı, düşmənlərinin də hədəfinə gəlib".
Musavat.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, GünAz TV-nin rəhbəri Əhməd Obalı və oğlu Dənizin ABŞ-da vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib.
E.Şahinoğlu qeyd edib ki, GünAz TV təsis edildiyi ilk gündən Əhməd Obalı İranın Azərbaycan əleyhinə dövlət təbliğatına, "Səhər" televiziya kanalının davamlı təxribatlarına qarşı mübarizə aparıb:
"Bu mübarizə Tehranı hər zaman rahatsız edib. Əgər Əhməd bəyə qarşı təxribatın Tehranın əlaltılarının işi olduğu sübut olunarsa, demək İran "şeytan" adlandırdığı əsas düşməni ABŞ ərazisində də hədəf seçdiyi insanları təqib edə bilir. Amerikada şah tərəfdarları da fəaldırlar, onlar sözdə İrandakı rejimə qarşı mübarizə apadıqlarını bəyan etsələr də, Azərbaycan məsələsində mövqeləri üst-üstə düşür, onlardan da təxribat gözləmək mümkündür".
Qeyd edək ki, Əhməd Obalının yaxın qohumu, GünAz TV-nin Bakı ofisinin rəhbəri Araz Obalı hazırda onun vəziyyətinin orta ağır olduğunu deyib:
"Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hazırda durumu orta ağırdır. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. İnşallah, ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik".
Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir:
"Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq onların sayı məlum deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm