
Analitik: Azərbaycanla Ermənistan arasında sülh doğru kifayət qədər addım atılıb
08:33 07.04.2025
Aktual
461
Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən gərginliyin ardınca, sülh prosesinə doğru mühüm addımlar atılmaqdadır. Bu, yalnız diplomatik münasibətlərin normallaşması ilə deyil, həm də bölgədəki gərginliyin azalması ilə bağlı müsbət inkişafların göstəricisidir. Lakin bu prosesin tam yekunlaşması üçün hər iki tərəf öz öhdəliklərini yerinə yetirməli və qarşılıqlı etimadın formalaşmasına çalışmalıdır. Hazırda Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi və həqiqətən sülhə can atması, regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün vacibdir. Ancaq Ermənistanın Qarabağ erməniləri ilə bağlı səsləndirdiyi əsassız ittihamlar və münaqişə yaratma cəhdləri, sülh yolunda atılacaq addımlara maneə törədir.
Mövzu ilə bağlı politoloq Tural İrfan Sherg.az-a açıqlama verib:

"Ermənistan və Azərbaycan arasında siyasi danışıqlar çərçivəsində artıq sülh prosesinə doğru kifayət qədər addım atılıb. Burada tam yekunlaşma üçün Ermənistanın boynuna düşən öhdəlikləri icra etməlidir. Rəsmi İrəvan buna da razılıq verib, lakin təkcə razılıq məsələni həll etmir, gərək iş görülsün. Qarabağ ermənilərinin adı ilə Ermənistan tərəfi Azərbaycana qarşı müxtəlif əsassız ittihamlar səsləndirib bunu şişirdərək guya onların hüquq və azadlıqlarının müdafiəsinin pozulması görüntüsü yaratmaq istəyirdi. Lakin hazırki vəziyyətdə, sülhdən söz getdiyi və gerçəkləşməsi real olan bir proses zamanı onlar həmin mövzunu gündəmə gətirə bilməzlər. Bu, artıq pozuculuq işi olardı və ən əsası isə tam əsassız bir ittiham olduğu ifşa olunardı. Odur ki, sülh bərqərar olduğu halda əsaslı və haqlı tələblərin qarşılıqlı dinlənilib, ortaq məxrəcə gəlinməsi mümkündür".
Ekspert Qarabağ erməniləri mövsuzunun yaxınlaşan münasibətlərə heç bir faydasının olmayacağının Ermənistanın çox gözəl bildiyini söyləyib:
"Qarabağ ermənilərinin heç bir hüququ Azərbaycan tərəfdən pozulmayıb, heç bir təzyiqə və anormal duruma məruz qoyulmayıblar. Ermənistanda bu mövzunu şişirtmək və yeni münaqişə alovu yandırmaq istəyənlər rəsmi İrəvanın sabiq rəhbərliyində təmsil olunan qruplar və əsasən də Rusiyaya bağlı dairələrdir. Hazırda həll edilmiş Qarabağ problemini vaxtilə hansı formada yaratmışdılarsa indi də həmin üsullara əl atmağa cəhd edirlər. Ancaq bu köhnə və tam ifşa olunaraq iflasa uğrayan iddialar artıq tarixdə qaldı".
Müsahibimiz sonda hazırda Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin qaydaya düşüb əlaqələrin qurulması, real sülhün təmin olunması üçün çalışmalı olduğunu vurğulayıb. Rəsmi İrəvanın da bunu dərk etdiyini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm