Analitik: BQXK-nin “Qarabağ bölgəsindəki fəaliyyətinə” ehtiyac yoxdur
Yusif Nəzərli
10:48 13.04.2024
Aktual
499
"Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Xankəndidəki ofisi Bərdəyə köçürülüb. Bunu “Qarabağ bölgəsindəki fəaliyyətin yenidən qurulması” ilə izah edirlər".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Politoloq vurğulayıb ki, komitənin “Qarabağ bölgəsindəki fəaliyyətinə” ehtiyac yoxdur:
"Birincisi, müharibə bitib, Qarabağda separatizm ləğv olunub. Xankəndidə qalan ermənilərin həyatı Azərbaycan qanunları altında təmin edilir. İkincisi, komitənin Azərbaycan ərazisində Bakı ofisi fəaliyyət göstərdiyi halda, ikinci ofisinin fəaliyyətinə ehtiyac qalmır. Üçüncüsü, ehtiyac olmadığı halda, BQXK-nın Xankəndi ofisini Bərdəyə köçürməsi şübhəli suallar yaradır. Komitənin 44 günlük müharibədən sonra Xankəndidəki ofisinin qeyri-qanuni şəkildə Bakıdakı ofisə yox, İrəvandakı ofisə tabe olduğu məlum idi. Rəsmi Bakının bütün tələblərinə rəğmən, komitə sona qədər bu qanunsuzluqdan imtina etmədi. Bununla yanaşı, Laçın yolunda ekofəalların aksiyasının başlanmasından sonra BQXK-nın erməniləri Qarabağdan “xəstə” adı altında çıxardığı, Laçın sərhəd-buraxılış məntəqəsi qurulduqdan sonra isə erməni separatçılarını qaçaqmalçılıq yolla təmin etdiyi faktları var. Hətta qaçaq yolla silah-sursat daşıdıqları və komitə əməkdaşlarının ermənilər üçün casusluq etdiyi də istisna edilmirdi. Bütün bunların fonunda BQXK-nın Bakı ofisi olduğu halda vaxtilə İrəvana tabe olan Xankəndi ofisini ləğv etməməsi və Bərdəyə köçürməsi şübhələrə yol açır: komitənin Azərbaycan ərazisində saxladığı keçmiş “Xankəndi ofisinin” yenə eyni fəaliyyətlə məşğul olmayacağına, İrəvana məlumatlar ötürməyəcəyinə kimsə zəmanət verə bilməz. Bunu BQXK-nın baş ofisi də verə bilməz, 44 günlük müharibədən sonra baş verənlər komitənin fəaliyyətində erməni maraqlarının “qırmızı xətlə” keçdiyini göstərib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya
Yaşıl ulduz kəşf edildi
11:25 21.10.2026
Maraqlı
Ordubadın dağlıq ərazilərinə qar yağdı
11:22 21.10.2026
Ekologiya