ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı yenilənmiş sülh təklifinin təfərrüatlarını açıqlamayıb.
Sherg.az xəbər verir ki, Rubio bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Kiyev rejiminin rəhbəri Volodimir Zelenski ilə görüşündən sonra danışıb.
Jurnalistin yeni təklifin detalları barədə məlumat verib-verməyəcəyi ilə bağlı sualını cavablandıran Rubio belə deyib: “Xeyr, açıqlamaq fikrim də yoxdur. Danışıqlar məhz belə aparılır, elə deyilmi?”
Daha sonra dövlət katibi bildirib ki, Uitkoff Zelenski ilə müzakirə etdiyi bəzi sülh ideyaları ilə Rusiyaya yola düşüb.
Nəşrin məlumatına görə, Kreml bu yanaşmanı müsbət qarşılayır və danışıqlar davam etdiyi müddətdə onların təfərrüatlarını açıqlamağa tələsmir.
Rusiya tərəfi isə münaqişənin əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayır və bu məsələdə mövqeyinin dəyişmədiyini bildirir.