“ABŞ İranın nüvə silahına əldə etməsinə yol açan heç bir razılaşmanı dəstəkləmir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.
“Donald Tramp ABŞ Prezidenti olduğu müddətdə İran heç vaxt nüvə silahına sahib olmayacaq”, - o bildirib.
Rubio həmçinin əlavə edib ki, Vaşinqton Tehranla vasitəçilik səylərini alqışlasa da, istənilən təklifin qəbul edilib-edilməməsi ilə bağlı yekun qərarı ABŞ Prezidenti verir:
“Bir neçə ölkə artıq bir müddətdir Tehranla danışıqlar aparır və müxtəlif təkliflər irəli sürüb. Qətər də uzun müddətdir bu məsələdə fəal iştirak edir”.