
Analitik: Dərbənd və Borçalı gözdən, könüldən uzaq düşüb
02:06 02.04.2025
Aktual
595
İran bu bölgələrdə əməlli-başlı siyasi və ideoloji iş aparır
"İran Dərbənddə və Borçalıda yaşayan azərbaycanlılar arasında siyasi və ideoloji iş aparır".
Bu barədə "Sherg.az"a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi bildirib ki, Dərbənddə 500 mindən artıq azərbaycanlı yaşayır:

"Demək olar ki, Dərbənd azərbaycanlılarını unutmuşuq. Ola bilsin ki, Rusiyada yaşayan 2 milyon azərbaycanlıya görə onlara bir qədər fikir vermirik. Rusiyada əmək miqrantları olan azərbaycanlılar öz milli kimliyi ilə bura bağlıdır. Amma Dərbənd azərbaycanlıları ilə bağlı proseslər fərqlidir. İranın "Sahar azeri" televiziyası Dərbənd azərbaycanlıları ilə bağlı verilişlər yayımlayır. İran rejimi harada azərbaycanlılarla bağlı boşluq varsa, bundan istifadə edərək öz siyasi təsirini formalaşdırır. Uzun müddət məscidlərimizdən öz siyasi məqsədləri üçün istifadə etmələrinə də fikir vermədik, sonda təhlükəni hamı gördük. Hətta İran kəşfiyyatı Rusiyada azərbaycanlıları öz dini təsirinə almaq üçün məscidlər tikir, xütbələr təşkil edir. Yəni Tehran rejimi boş oturmur".
Analitik vurğulayıb ki, İran uzun müddətdir Gürcüstanda yaşayan azərbaycanlılar arasında məzhəb siyasətindən istifadə edərək, öz mövqeyini gücləndirir:
"Borçalıda İranın təsir qüvvəsi formalaşır. Azərbaycan dövləti Dərbənd azərbaycanlıları, Borçalı və Güney Azərbaycanla bağlı strateji siyasət ortaya qoymalıdır. Qarabağ məsələsi bitib. İran və Rusiya bizi zəiflətmək üçün soydaşlarımızdan istifadə edirlər. Onları Azərbaycan Respublikasına qarşı yönəldirlər. Soydaşlarımıza yaşadıqları ərazilərdə sahib çıxmalıyıq. Qərbi Azərbaycana yol Dərbənddə, Təbrizdə yaşayan azərbaycanlılara sahib çıxmaqdan keçir. Belə getsə, Dərbənd azərbaycanlıları və Borçalı bizi unudacaq. Güney Azərbaycan məsələsi ilə bağlı daha gərgin işləməliyik. Əlimizdə bu qədər imkanlar var. Yeni dünya nizamı qurulmaqdadır. Azərbaycan öz inzibati sərhədlərindən kənarda, tarixi Azərbaycan torpaqlarında yaşayan bütün azərbaycanlılara sahib çıxmalıdır. Sonra gec olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya