
Analitik: Ermənistan hələ də üzərinə düşən şərtləri icra etməyib
Yusif Nəzərli
01:14 09.04.2025
Aktual
426
Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına görə eyforiyaya qapılmaq olmaz
Bu isə İrəvanın yeni təxribata əl atması ehtimalını aktual saxlayır
"Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşması sülh müqaviləsinin imzalanması anlamına gəlmir".
Bu barədə "Sherg.az"a politoloq Turan Rzayev deyib.
Ekspert bildirib ki, Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunda çıxışı zamanı mühüm məqamlara toxundu:

"Ölkə başçısının çıxışı zamanı səsləndirdiyi fikirlər mətn üzrə işin yekunlaşdırılmasının hələ sülhün imzalanması olmadığını göstərir. Çünki Ermənistan konstitusiyası və Müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistan Azərbaycan ərazisində törətdiyi cinayətlərə görə təzminat ödəməlidir. Ermənistan Bakıdakı məhkəmə ilə əməkdaşlıq etməli, adı keçən və insanlıq əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən Ermənistan ərazisində olan şəxsləri təhvil verməlidir. ATƏT-in Minsk qrupunu buraxmalıdır. Prinsip etibarilə bunlar Bakının İrəvandan təbii, qanunauyğun tələbləridir. Ermənistan Baş naziri Nikol Paşinyan isə sülhə öz hakimiyyəti dövrünü nəzərdə tutaraq baxır. Yəni İrəvanın mövqeyi qısa perspektiv üçündür. Bundan başqa, Ermənistan Azərbaycanla sülh sazişi imzalasa, Bakının gələcəkdə bunu pozmayacağını yaxşı bilir. Azərbaycan isə Ermənistana inana bilməz. Ermənistan konstitusiyası və Müstəqillik bəyannaməsində ölkəmizə qarşı ərazi iddiaları qalır. Bu, çox ciddi hüquqi faktdır. Ermənistan gələcəkdə bunu əsas gətirib, özündə güc hiss etdiyi an yenidən işğala cəhd edə bilər".
T.Rzayevə görə, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə görə təzminat ödəməsində qeyri-adi nəsə yoxdur:
"Prinsip etibarilə ortada 30 illik işğal, ərazilərimizdən qanunsuz istifadəyə dair real faktlar var. Şübhəsiz ki, Bakı bununla bağlı təzminat tələb etməlidir. Son olaraq isə Ermənistan Bakıdakı məhkəmə ilə əməkdaşlıq etməli, adı keçən və insanlıq əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən şəxsləri Azərbaycana təhvil verməlidir. Bakının tələblərində qeyri-adi nəsə yoxdur. Dünya siyasi tarixində, Qərb hüquq sistemində bunun bənzər nümunələri var. Ona görə Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına görə eyforiyaya qapılmaq olmaz. Ermənistan hələ də üzərinə düşən bəzi şərtləri icra etməyib. Bu isə İrəvanın yeni təxribata əl atması ehtimalını aktual saxlayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm