
Analitik: Ermənistan tərəfi dedikləri sözləri əməldə göstərmir
08:58 15.10.2024
Aktual
381
Ermənistan noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışır. Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib. O bildirib ki, COP29-a qədər onu imzalamaq yaxşı olardı, amma gəlin qabağa qaçmayaq. Ermənistan prezidenti bildirib ki, razılaşdırılmalı olan, həll edilməmiş məsələlər qalıb və ancaq biz müzakirələrin yekunlaşmasına yaxınlaşırıq. Saziş noyabr ayında BMT-nin iqlim konfransına qədər imzalana bilər. Qəzet xatırladıb ki, daha əvvəl iqlim və inkişaf məsələlərinin müzakirə olunduğu Dayanıqlı İnkişaf üzrə Hamburq Konfransının kuluarlarında Xaçaturyan Ermənistanın qonşuları ilə sülh bağlamalı olduğunu söyləyib. Həmçinin söyləyib ki, xəyallarda yaşamaq Ermənistana yaxşı nəticələr gətirmədi. Biz praqmatik və realist olmalıyıq. Təkcə Azərbaycanla deyil, bütün qonşularımızla sülh şəraitində yaşamalıyıq. Qeyd edək ki, ötən ay Azərbaycan "COP atəşkəsi"nə çağırış edərək ölkələri siyasi çağırışların öhdəsindən gəlməyə, birləşməyə və COP29 ayı ərzində atəşkəs öhdəliyi götürməyə çağırıb.
Siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, Xaçaturyan bundan əvvəl də oşxar açıqlama verib:

“Eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyan da COP29-a qədər sülhü imzalamağa hazırıq formasında fikirlər səsləndirib. Amma Ermənistan tərəfi dedikləri sözləri əməldə göstərmirlər. Rəsmi Bakının konkret tələbi mövcuddur ki, sülhdən əvvəl Ermənistan ərazi iddialarında əl çəkməli və konstitusiya səviyyəsində təsdiqləməlidir. Ermənistanda isə konstitusiya dəyişikliyinə getməyin heç işartısı da yoxdur. Sözügedən məsələ olmadan necə sülh sazişi imzalamaq olar? Görünən odur ki, Ermənistan sadəcə olaraq beynəlxalq ictimaiyyətə özünü yaxşı tanıtmağa çalışır. Ona görə də verilən açıqlamalar da məhz manipulasiyaya hesablanan məsələlərdir. Əgər Xaçaturyan və Paşinyan yaxın aylarda konstitusiyanı dəyişəcəyik formasında açıqlamalar versəydilər daha inandırıcı olardı. Belə olan halda COP29-a qədər sülhün yox, gərginliyin artacağı ehtimalı daha yüksəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya