ABŞ-də konqresmen İlxan Ömərlə bağlı araşdırma çərçivəsində onun pasportunun götürüldüyü və DNT nümunəsinin alındığı bildirilir.
Sherg.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Telekanalın aparıcısı Cess Uotersin sözlərinə görə, istintaqçılar DNT nümunəsini Ömərin keçmiş həyat yoldaşından götürülmüş nümunə ilə müqayisə edə bilərlər. İddialara əsasən, keçmiş həyat yoldaşı əslində onun qardaşı ola bilər və Ömər saxta nikah vasitəsilə ona ABŞ vətəndaşlığı almağa kömək edib. Konqresmen isə bu ittihamları rədd edir.
Məlumata görə, ötən həftə Ömərin evində axtarış aparılmasına onun bacısının telefonundan əldə edilən yazışmalar əsas verib. Bundan əlavə, qohumunun maliyyə hesabatlarında uyğunsuzluqların olduğu iddia edilir. ABŞ Konqresinin Nəzarət Komitəsinin rəhbəri Ceyms Komer də bəzi maliyyə bəyannamələrində ciddi fərqlər aşkarlandığını bildirib.
Qeyd edək ki, bunlar mediada yayılan iddialardır və İlxan Ömərin həmin ittihamlarla bağlı təqsiri təsdiqlənməyib.