Vens: Ukrayna NATO-ya üzv olmamalıdır

ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu bildirib.

"Bakupost" xarici KİV-ə istinadla xəbər verir ki, Vens Ukrayna ilə ABŞ arasında rəsmi müttəfiqlik münasibətlərinin olmadığını deyib.

"Bildiyim qədərilə, bizim Ukrayna ilə rəsmi müttəfiqliyimiz yoxdur. Ukrayna NATO-da deyil və mən onların NATO-ya üzv olmalı olduğunu düşünmürəm. Hesab edirəm ki, bu ölkə çox layiqli, gözəl, çoxlu sayda möhtəşəm insanın yaşadığı bir ölkədir. Biz bəzi məsələlərdə birlikdə çalışacağıq, lakin müəyyən məsələlərdə fikir ayrılıqlarımız olacaq", - deyə o bildirib.

Vensin sözlərinə görə, Kiyev Rusiya neft emalı zavodlarını bombalamağı dayandırmalıdır. O, bu hücumların ABŞ vətəndaşları üçün yanacağın qiymətinin artmasına səbəb olduğunu bildirib.