Analitik: Ermənistanda Ogün Özdəmirə qarşı cinayət işinin açılması əsassızdır
07:40 04.04.2025
Aktual
388
Türkiyəli bloger ürəyindən keçən sözləri deyib
Ermənistanda barəsində cinayət işi açılan türkiyəli bloger Ogün Özdəmirə qarşı ittihamlar məlum olub.
O, “Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və ölkənin suverenliyini inkar etmək” maddələri ilə təqsirləndirilir.
Ermənistanın İstintaq Komitəsində faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır. Qeyd edək ki, blogerə qarşı cinayət işinin açılması ilə bağlı məlumatı martın 31-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan açıqlayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl türkiyəli bloger Ogün Özdəmir İrəvandakı Respublika meydanından canlı yayım açaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O, eyni zamanda, Azərbaycan torpağında olduğunu deyib. Bundan sonra o, Türkiyə telekanallarından birinə müsahibə verib.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az"a açıqlamasında Ermənistanın bu addımının əsassız olduğunu deyib. Onun sözlərinə görə, Ermənistan dövlətinin bir türk gəncinə qarşı bu cür davranışı əlavə suallar doğurmaya bilməz:
“Bu şəxs videoblogerdir və çəkdiyi bloqunda öz fikirlərini ifadə edərək ürəyindən keçən sözləri deyib. Nə onun təbriki, nə də İrəvan şəhəri ilə bağlı dedikləri hüquq çərçivəsində heç bir öhdəlik yaratmır. Ermənistan Respublikasının Konstitutsiyasında isə faktiki olaraq Azərbaycan dövlətinin ərazisinə qarşı torpaq iddiaları var. Nəinki Azərbaycanın, Ermənistan hələ qardaş Türkiyənin ərazilərinə də iddia edir. Bunu özünün simvollarında da əks etdirir. Belə bir dövlətin sadə bir Türkiyə vətəndaşına qarşı absurd ittihamlarla cinayət işi açması cəfəngiyyatdır. Bunun üçün Ermənistanın nə hüquqi əsası, nə də mənəvi haqqı var”.
A. Həsrət hazırkı Ermənistan konstitusiyasının Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün də əngələ çevrildiyini xatırladıb:
“Ermənistan konstitusiyasında Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb və Ermənistan Konstitusiyasında isə bu müddəaya istinad var. Azərbaycan dövləti isə dəfələrlə ən yüksək səviyyədə bu istinaddan narazı olduğunu Ermənistan rəhbərliyinin diqqətinə çatdırıb. Qeyd edilib ki, rəsmi Bakı bu maddəni ərazi bütövlüyünə iddia kimi qəbul edir və Ermənistanla arasında sülh bağlanmasına maneə kimi görür. Əvvəlcə Ermənistan sülh sazişinin başlıca şərtinə əməl etsin, konstitusiyasını dəyişdirsin. Ondan sonra başqa ölkələrdən də bu cür məsələlərdə həssaslıq və məsuliyyət tələb edə bilər.
Sözdə Azərbaycanla, xüsusən də qardaş ölkəylə münasibətlərin, iqtisadi əlaqələrin normallaşmasına çalışdığını iddia edən Ermənistanın bu məqamda təmkinli davranması, həmin videoya qarşı dözüm nümayiş etdirməsi lazım idi. Lakin Ermənistan aqressiv yanaşması ilə bir daha sübut etdi ki, nə bizimlə, nə də qardaş Türkiyə ilə münasibətlərin normallaşmasına maraqlıdır. Ümid edirəm ki, Ermənistanda bir ağıllı siyasətçi tapılıb reallığı dərk edəcək və gerçəkliyi dövlətin müvafiq qurumlarına izah edəcək. Müvafiq qurumlar da bu səhv yoldan dönərək türkiyəli gəncə açılan cinayət işini bağlayıb, bir də bu cür səhvlərə yol verməyəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm