
Analitik: Feridun Sinirlioğlu da başa düşür ki, ATƏT-in Minsk qrupu kağız üzərində qala bilməz
11:16 21.04.2025
Aktual
467
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Həmsöhbətlər Ermənistanla ATƏT arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən fərdi proqramların həyata keçirilməsi məsələlərinə toxunublar.
Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlmiş səylər kontekstində Ermənistan və Azərbaycan arasında sülh prosesinə toxunulub, iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair sazişin mətninin razılaşdırılmasının vacibliyi vurğulanıb.
Ararat Mirzoyan Ermənistanın ATƏT-in Minsk Qrupuna münasibətinə toxunub və Ermənistanın sülh prosesinin digər komponentləri ilə bağlı təkliflərini təqdim edib.
Ararat Mirzoyan və Feridun Sinirlioğlu Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə də fikir mübadiləsi aparıblar.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a deyib ki, Ararat Mirzoyanın ATƏT-in baş katibi ilə görüşü təkcə Ermənistanda deyil, Azərbaycanda da çox diqqətlə izlənilir:

"Ümumiyyətlə ATƏT-in 2 əsas istiqaməti var: əməkdaşlıq və təhlükəsizlik. Azərbaycan uzun illər təhlükəsizlik məsələsində çox ciddi problemlə üz-üzə qalıb. Yəni Ermənistan ərazilərimizi işğal edib. İndi isə bu, aradan qaldırılıb. Azərbaycan öz qolunun gücünə torpaqlarını işğaldan azad edib. Lakin bununla bağlı danışıqlar aparmaq, tərəfləri masa arxasında ortaq məxrəcə gətirmək üçün qurulmuş ATƏT-in Minsk qrupu hələ də buraxılmayıb. Halbuki artıq müharibə beşinci ildir ki, bitib. Üstəlik, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Minsk qrupunun buraxılması üçün konsensus lazımdır. Buna görə isə Ermənistanın razılığına ehtiyac var. Təəssüflər olsun ki, rəsmi İrəvan bu məsələdə konstruktiv mövqe sərgiləmir, o cümlədən illərdir Azərbaycanın təklifini qəbul etmir. Nəticədə "ölü" qurum hələ də qalmaqdadır. Ona görə də Feridun Sinirlioğlu ilə Mirzoyan arasında qapılar arxasında Minsk qrupu barədə müzakirələr baş tutub. Çünki ATƏT-in baş katibi Azərbaycanı yaxşı tanıyan, sevən birisidir. Üstəlik, o, obyektiv və tərəfsiz bir insandır. Feridun Sinirlioğlu özü də başa düşür ki, ATƏT-in Minsk qrupu kağız üzərində qala bilməz".
Şərhçi qeyd edib ki, Ermənistan rəsmiləri əvvəlki dönəmlərdə açıq şəkildə bu fikrini ifadə etmirdisə, artıq son vaxtlar rəsmi şəkildə bildirirlər ki, Minsk qrupunun ləğvi ilə razıdırlar:
"Sadəcə öz "ağılları" ilə bizə şərtlər diqtə etməyə çalışırlar. Azərbaycan isə onların boş və əssassız istəklərini geri çevirir. Lakin ATƏT-in Minsk qrupunun buraxılmaması Azərbaycan tərəfini çox da narahat etmir. Yalnız sülh müqaviləsinin tezliklə imzalanmasını arzulayırıq. Bunu gecikdirən də, itirən də Ermənistandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm