
Analitik: Paşinyan xalqını hələ də inandıra bilmir
Yusif Nəzərli
03:13 07.01.2025
Aktual
654
Sərhəddə baş verə biləcək hadisələrin məsuliyyətini nə olursa-olsun, rəsmi İrəvan daşıyacaq
Ermənistan silahlı qüvvələri uzunmüddətli fasilədən sonra yenidən şərti sərhədlərimizdə təxribatlara əl atmağa başlayıblar. Müdafiə Nazirliyi məlumat yayıb ki, yanvarın 5-də və 6-da Ermənistan silahlı qüvvələri Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutublar. Nazirlik qeyd edib ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə məruz qoyublar və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.
Siyasi şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanın təxribatları Azərbaycan Ordusunun Laçın istiqamətində mövqelərini irəlilətməsinə, təhlükəsizlik zolağını dərinləşdirməsinə hərbi əsaslar yaradır. Ekspertin sözlərinə görə, görünür, Ermənistan hakimiyyəti nə daxildəki müxalif qüvvələrin, nə də xarici güc mərkəzlərinin Azərbaycanın əleyhinə dönüş yaratmaqla bağlı ambisiyalarına tab gətirə bilmir:

"Bu, Azərbaycanın regional təhlükəsizlik naminə həm Ermənistanı revanşa hazırlayan kənar təsirlərə, həm də Ermənistanın daxilindəki “beşinci kolon”a qarşı vahid kalibrləşməsini aktuallaşdırır. Ermənistanın xilas kəməri Azərbaycanın strateji maraqlarına uyğunlaşmaqla düz mütənasibdir. Əks təqdirdə isə sərhəddə baş verə biləcək hadisələrin məsuliyyətini rəsmi İrəvan səbəb nə olursa-olsun, özü daşıyacaq. Nikol Paşinyanın sülh proqramına uyğun bəzən aydın, bəzən isə qeyri-müəyyən görünən səyləri var. Bununla belə, o, hələ də erməni ictimaiyyətini, siyasi elitanı, müxalif düşərgəni “Azərbaycanla müharibə olarsa, İrəvan üçün uğursuzluq olacaq” tezisinə tam inandıra bilmir. Buna görə də iki versiya üzərində dayanmaq mümkündür. Ya Paşinyan hərbi təxribatlara məqsədli şəkildə gedərək Ermənistanın silah arsenalının müharibə şəraitinə uyğunlaşdırılmasını nümayiş etdirir, ya da sərhəddə hərbi təxribatlara göz yummaq, bununla da Azərbaycanın mümkün cavablarının nəticələrini gözləməklə onun ətrafında konsolidasiya olmayan qüvvələri sərhəd döyüşlərinin İrəvan üçün ağırlığına inandırmağa çalışır. Hər iki versiya üzrə yekun qənaət budur ki, Paşinyan Ermənistanı regional konfiqurasiyaya uyğunlaşdırmaq fürsəti kimi baxır".
Analitikə görə, istənilən halda, Ermənistanın Azərbaycanın təsir imkanlarını və güc vasitəsilə sülh yaratmaq potensiallarını həddən artıq qiymətləndirə bilmir:
"Ermənistan tam anlamır ki, onun silahlandırılması İrəvan üçün himayədarlarının təqdim etdiyi yumşaq gücdür və o, regionda əks-balans yarada bilmək iqtidarında deyil. Ermənistan xarici istismarların müdaxilələri fonunda təhlükəsizlik zəifliklərini getdikcə çoxaldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya