
Analitik: Qlobal imperalizm Yaxın Şərqdəki münaqişələrin həll olunmamasını istəyir
08:31 22.01.2024
Aktual
514
Bəzi ölkələrin Fələstin-İsrail probleminin iki dövlət əsasında həllini istəməməsi münaqişəni qeyri-müəyyən müddətə uzadacaq.
Bunu BMT Baş katibi Antonio Quterreş deyib.
"İsrail və Fələstin üçün ikidövlətli həll variantını tanımamaq qəbuledilməzdir. Bu, qlobal sülhə əsas təhlükəyə çevrilmiş münaqişəni qeyri-müəyyən müddətə uzadacaq", - Quterreş vurğulayıb.
Quterreşin açıqlamalarını "Sherg.az" üçün dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, dünyadakı müxtəlif siyasi güc mərkəzləri qlobal münaqişələrin ikitərəfli danışıqlar yolu ilə həll edilməsini istəmirlər:
"Burada söhbət yalnız İsrail-HƏMAS qarşıdurmasından getmir. Bütövlükdə Azərbaycan və Ermənistan danışıqlar prosrsində, Rusiya-Ukrayna müharibəsində, Çin-Tayvan gərginliyində , Şimali Koreya-Cənubi Koreya münasibətlərində biz BMT və digər təşkilatların iki tərəfin üz-üzə danışıqlar apararaq barışıq əldə etməsindən daha çox prosesə üçüncü tərəfləri qoşmağa çalışdığını görürük"

Politoloq BMT Baş katibinin səsləndirdiyi fikirlərin tamamilə reallığı əks etdirdiyini qeyd edib:
"İsrail və Fələstin problemi danışaraq həll edə bilər. Quterreş öz açıqlamasında daha çox Avropa İttifaqı və ABŞ rəhbərliyindəki Qərb imperyalist koalisyalarını nəzərdə tutur. Təbii ki, üçüncü tərəflər Yaxın Şərqin böyük sərvətlərə malik olduğunu yaxşı bilirlər. Ona görədə regionda daim gərginlik və münaqişə ocaqlarının olması tərəflərə ciddi siyasi-iqtisadi dividentlər qazandırır. Bu səbəbdən qlobal imperalizm Yaxın Şərqdəki münaqişələrin həll olunmamasını istəyir. Çünki böhran olduğu müddətdə istismar etmək və əraziləri istilaya məruz qoymaq daha rahatdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm