
Analitik: Türküstandakı türk dövlətlərinin addımı təəccüb və təəssüf doğurur
08:43 11.04.2025
Aktual
468
Qardaşlığa yaraşan hal deyil
Mərkəzi Asiyanın türk respublikaları Yunan Kipri ilə diplomatik münasibətlər qurmağa davam edirlər. Özbəkistan və Qazaxıstandan sonra Türkmənistan da yunan Kiprində səfirlik açıb. Türk Dövlətləri Təşkilatının Şimali Kipr Türk Cümhuriyyəti və onun prezidentinə isti münasibət göstərdiyi bir zamanda belə addımların atılması diqqət çəkir.
Ortada isə açıq qalan suallar var: Bunu Türkiyəyə qarşı atılmış addım saymaq olarmı?
Yunan Kipri ilə diplomatik münasibətlər quran türk dövlətləri Şimali Kipr Türk Cümhuriyyətini rəsmən tanıyacaqmı?
Siyasi şərhçi Azər Həsrət də Türküstandakı (Mərkəzi Asiya) qardaş türk dövlətlərinin bu addımını təəccüb və təəssüflə qarşılayıb. "Sherg.az"a açıqlamasında bu addımın təsadüfi olmadığını vurğulayan siyasi şərhçi deyib ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı məsələ öz həllini tapmadan yunan Kiprində səfirlik açmaq qardaşlığa yaraşan hal deyil:

"Axı Kiprin Rum kəsimi elə də əhəmiyyətli bir coğrafiya deyil ki, Türküstan dövlətlərinin ona ciddi bir ehtiyacı olsun.
Burada, ehtimal ki, Avropa İttifaqı–Mərkəzi Asiya Sammitinin də müəyyən təsiri olub. Biz Avropa İttifaqıyla Mərkəzi Asiyanın türk dövlətlərinin müəyyən istiqamətlərdə strateji tərəfdaşlıq istiqamətində addımlar atdıqlarının şahidi oluruq.
Avropa Birliyi xeyli vaxtdır Türküstan dövlətləri ilə çoxtərəfli münasibətləri daha üst səviyyəyə daşımağa çalışır.
Rum Kipri də Avropa İttifaqının üzvüdür. Ola bilsin ki, bu münasibətlərin inkişaf etdirilməsində hər hansı bir maneənin yaranmaması üçün Cənubi Kiprdə səfirliyin açılması məsələsi gündəmə gələ bilər. Yəni Mərkəzi Asiya türk dövlətlərinin Avropa Birliyi ilə ortaqlaşıb həyata keçirəcəyi mühüm layihələr belə bir zərurəti ortaya çıxarmış ola bilər. Birbaşa Avropa Birliyi Türküstan dövlətləri üçün Rum Kiprində səfirlik açmağı şərt olaraq irəli sürmüş ola bilər?!".
A.Həsrətin fikrincə, Türküstandakı türk dövlətləri bu addımı atarkən qardaş Türkiyə ilə məsləhətləşiblər:
"Çox məsələlər bağlı qapılar arxasında həll edildiyindən bu işin detalları bizə bəlli deyil. Lakin bu məsələyə aydınlıq gətirilməsini və daha açıq məqamların işıqlandırılmasını istərdik. Çox yaxşı olardı ki, qardaş ölkə bu mövzu ilə bağlı rəsmi mövqe bildirsin. Azərbaycanın mövqeyi bəllidir. ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasına (ŞKTR) açıq dəstək nümayiş etdirdi.
Türkiyənin də öz münasibətini bildirməsi yerinə düşərdi. Eyni zamanda Qazaxıstan, Özbəkistan və Türkmənistan yunan Kiprində səfirlik açmaq zərurətinin nədən qaynaqlandığını izah etməlidirlər. Ən azından TDT çərçivəsində bu məsələ mütləq masaya yatırılmalıdır. İndiki halda isə bu addımın qardaş Türkiyəyə qarşı yönəldilməsi ilə bağlı müzakirələri məqsədəuyğun hesab etmirəm. Çox güman ki, məntiqli bir əsaslandırmaları olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm