Aqil Abbas: Makronu Azərbaycana dəvət etsinlər, görsün ermənilər burada necə yaşayır
07:47 01.02.2024
Aktual
449
Fransa Prezidenti Emmanuel Makronu Azərbaycana dəvət etsinlər, görsün ermənilər burada necə yaşayır.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Azərbaycanı sanksiya ilə hədələyirlər: “Sanksiyadan qorxmaq lazım deyil, çünki biz 30 ildir sanksiya altındayıq. İrana sanksiya tətbiq edirlər, İran artıq hər şeyini özü istehsal edir. Amma biz sanksiya tətbiq etsək, çöldə qalacaqlar. Bizi sanksiya ilə hədələmək lazım deyil. Rusiya vurdu Fransanı Afrikadan çıxartdı. Fransanın urana ehtiyacı var, tək ümidi indi Qazaxıstana qalıb. Qazaxıstandan Fransaya iki yol var. Çünki uranı təyyarələr daşımaq olmaz, mütləq gəmiylə daşınmalıdır. Bunun üçün ya Rusiyadan keçən yolla, ya da Azərbaycandan keçən yol olmalıdır. Rusiya buna imkan vermir. Qalıb Azərbaycan. Bəs biz sanksiya tətbiq etsək, Fransa nə edəcək?! Çox istəyərdim ki, Makronu Azərbaycana dəvət etsinlər. O gəlsin, görsün ermənilər burada necə yaşayır. Biz nə kilsə uçuranıq, nə sinaqoq. Gəlsin görsün Şuşada o kilsələri necə təmir edirlər. Amma Allah haqqı mənim əlimdə imkan olsa, mən onları təmir eləmərəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə