
Araz dəhlizinin istifadəyə verilməsi Azərbaycan və İran üçün böyük əhəmiyyət daşıyır -ŞƏRH
09:57 10.04.2025
Aktual
773
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqi Zəngilana səfər edib.
APA xəbər verir ki, Şahin Mustafayev və Fərzanə Sadiqi həyata keçirilən birgə infrastruktur layihələrinə, o cümlədən, Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçirəcəklər.
Qeyd edək ki, həmin infrastruktur layihələri Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran üzərindən Naxçıvanla birləşdirəcək Araz dəhlizi ilə əlaqədar həyata keçirilir.
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a söyləyib ki, ölkələr arasında dəhlizlərin istifadəyə verilməsi regionun inkişafı baxımından vacibdir:

“Bir tərəfdən yeni dəhlizlər, digər tərəfdən isə kommunikasiyaların bərpa edilməsi mühüm məsələlərdən biridir. Xüsusəndə ölkə ərazisində iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiona yeni investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar deməkdir. Bu kontekstdən Araz dəhlizi Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artmasına və eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində beynəlxalq yükdaşımaların genişlənməsinə gətirib çıxara bilər. Çünki bu birmənalı şəkildə nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsi və həm Azərbaycan, həm də İran üzərindən daha çox yüklərin daşınmasına xidmət edə bilər. Ona görə də yeni dəhlizlər, kommunikasiyanın bərpa edilməsi region üçün həm də beynəlxalq yükdaşımaların artırılması baxımından yeni imkandır”.
Millət vəkili Azər Badamov isə bildirib ki, Araz dəhlizi Azərbaycan və İranın ortaq layihəsidir:
“Bu dəhliz ilk növbədə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Bu Naxçıvana kommunikasiyalarımızın çəkilməsi üçün yeni imkandır. Araz dəhlizi həm də Orta dəhlizin tərkib hissəsi kimi fəaliyyət gösyərəcək. Ölkəmizin üzərindən həyata keçirilən Çinlə Avropa arsında daşımalar sürətlə artmaqdadır. Araz dəhlizinin yaranması bu daşımaların artırılmasına imkan verəcək. Təbii ki, daşımalardan İran da həlif götürəcəkdir. Həm də tranzit nəqliyyat dəhlizlərə nəzarət ölkələrə əlavə üstünlüklər qazandırır. Bu baxımdan Araz dəhlizinin istifadəyə verilməsi Azərbaycan və İran üçün böyük əhəmiyyət daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm