
Artıq saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq - AKTUAL
Yusif Nəzərli
02:15 01.05.2025
Aktual
767
Bu rejim gələcək üçün işçinin işəgötürənlə qısa müddət işləyib, saat hesabı alması üçün sərf edən bir variantdır
“Məsələn, kimsə büdcə təşkilatında, yaxud dövlət qulluğunda işləyir və vəzifə-tarif maaşı alır. Onda heç bir dəyişiklik baş verməyəcək. O gəlib 8 saat işləyir və ayın sonunda standart maaşını alacaq”
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Əmək Məcəlləsində 200-ə yaxın dəyişiklik üzərində iş aparıldığını bildirib. Nazir qeyd edib ki, bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur. Məlumata görə, dəyişikliklərlə bağlı layihə artıq aidiyyəti qurumlara təqdim edilib.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov məsələyə aydınlıq gətirərək bildirib ki, indiyə qədər ölkəmizdə saatlıq əmək rejimi və saatlıq əmək haqqı sistemi tətbiq olunmur. Məcəlləyə əsasən, əməyin ödənişinin minimal həddi aylıq müəyyən edilir və minimum məbləğ bu ildən 400 manat müəyyənləşib:
- Saatlıq əməkhaqqı rejimi xüsusilə qərb ölkələrində çoxdan tətbiq edilir. Saatlıq əməkhaqqı rejimi gələcək üçün işçinin işəgötürənlə qısa müddət işləyərək saathesabı alması üçün sərf edən bir variantdır. Həmçinin belə iş rejimində işəgötürənlə işçi arasında əmək müqaviləsi daha çevik bağlana bilir. Saatlıq iş rejimi muzd, yaxud vaxta muzd sistemdə işləyənlərə aid olmayacaq.
S.Məmmədov qeyd edib ki, Məcəlləyə əsasən, ixtisası olmayan işçiyə, ölkədəki sosial-iqtisadi şərait də nəzərə alınmaqla, müəyyən olunan ən aşağı ödəniş sistemi 400 manatdır. İşçi 1 iş ayını bütöv işləyibsə, ona 400 manatdan aşağı ödəniş etmək olmaz. Bu, saatlıq rejimə keçirilsə, məsələn, 1 iş ayını saatlara böləndə təxminən 167-168 saat edir. 400 manatı 167-yə böldükdə, 1 saat üçün 2 manat 40 qəpik ödəniş alınır. Tutaq ki, işçi bütöv iş günü işləmir, 5 saat işləyir. Həmin 5 saat 2 manat 40 qəpiyə vurulur. 400 manatdan yuxarı əməkhaqqı olanlara, işə muzd, yaxud vaxta muzd sistemdə işləyənlərə aid olmayacaq. Saatlıq əməkhaqqı rejimi gələcək üçün işçinin işəgötürənlə qısa müddət işləyib, saat hesabı alması üçün sərf edən bir variantdır. Bu, elə də ciddi dəyişikliyə gətirməyəcək. Məsələn, kimsə büdcə təşkilatında, yaxud dövlət qulluğunda işləyir və vəzifə-tarif maaşı alır. Onda heç bir dəyişiklik baş verməyəcək. O gəlib 8 saat işləyir və ayın sonunda standart maaşını alacaq.
Qeyd edək ki, Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər arasında məsafədən işin təşkili də var. Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haaqqında hesabatında əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş aparıldığı qeyd edilib. Hesabatda ailəli və azyaşlı uşağı olan qadınların bir saat işə gec gəlib bir saat işdən tez çıxmaları təklifinə də münasibət bildirilib. Qeyd olunub ki, Əmək Məcəlləsinin bir sıra maddələrində azyaşlı uşağı olan qadınlar üçün qısaldılmış iş vaxtının tətbiq olunması müəyyən edilib. Məcəllənin 91-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində hamilə və yaş yarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Məcəllədə natamam iş vaxtının kimlərə şamil edilə biləcəyi də əksini tapıb. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir. Məcəlləyə əsasən yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr də verilməlidir. İşəgötürən körpəsi olan qadını analıq vəzifəsini yerinə yetirə bilməsi üçün daha yüngül işə keçirməlidir. Hazırda Əmək Məcəlləsində dəyişikliklər nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm
"Mehr": ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
15:20 07.04.2026
Gündəm
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
14:46 07.04.2026
Mədəniyyət
İrana qarşı nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edildi
14:22 07.04.2026
Gündəm