"Artıq Tramp da sosial şəbəkələrlə bacarmır" - Azər Həsrət
Banuçiçək Kalbalıyeva
11:37 30.05.2020
Aktual
858
Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb.
ABŞ Prezidenti, həmçinin “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.
Qeyd edək ki, daha əvvəl "Twitter" sosial şəbəkəsi prezidentin yalan paylaşımlarından birini açıqlayıb. Şirkət Trampın mesajı altında dövlət başçısının yalanını iddia edən maddəyə xəbərdaredici nişan və istinad yerləşdirib.
Siyasi şərhçi, jurnalist Azər Həsrət "Sherg.az"a açıqlamasında sosial şəbəkələrdə özbaşınalıqların qarşısının alınmasının zəruri olduğunu bildirib:
"Trampın radikal yanaşması onu göstərir ki, artıq bu adam da sosial şəbəkələrlə bacarmır. Sosial şəbəkələr günümüzün əsas güc mənbələrindən birinə çevrilib. Məsuliyyətsizlik o qədər çoxdur ki, hər kəsin şərəfi və ləyaqəti, işgüzar nüfuzu təhlükə altındadır. Sosial şəbəkələr daxili qanunvericilikdən kənar fəaliyyət göstərir. Dəfələrlə ictimai siyasi şəxslərə, incəsənət xadimlərinə təzyiqlər edilib. Elə Trampın özü də bir neçə dəfə bu cür hücumlara məruz qalıb. Ona görə də sosial şəbəkələrin fəaliyyəti tənzimlənməlidir. Əgər insanlar özləri məsuliyyət hiss etmirlərsə, bu, məcburi olmalıdır. Artıq sosial media hərc- mərcliyinə son qoyulmalıdır! Bunun üçün isə sosial platforma yaradıcıları yeni tətbiqlərdən istifadə etməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə