AŞPA məruzəçisi Laçın yoluna səfər etmək istədiyini deyib
14:18 24.04.2023
Aktual
400
AŞPA-nın Laçın yolundakı vəziyyətə dair məruzəçisi, irlandiyalı deputat Pol Qavan (Paul Gavan) bu gün bəyanat verib.
APA-nın Britaniya bürosunun xəbərinə görə, o, iki ölkə arasında gərginliyin son aylarda artdığını, həm Azərbaycan, həm də Ermənistanın vəziyyətin pisləşməsinin qarşısını almaq üçün həll yolunun tapılmasına töhfə verməsinin vacib olduğunu deyib.
Deputat vəziyyətlə bağlı hesabatın gecikmədən hazırlanmalı olduğunu, mayın son həftəsində Ermənistan və Azərbaycana, o cümlədən Laçın yoluna səfər etmək niyyətində olduğunu bildirib.
"Laçın yolundakı şəraitlə bağlı ilkin təcrübəni əhatə edəcək səfərim zamanı mən bütün müvafiq həmsöhbətlərlə görüşməyə hazıram. Son günlər gərginliyin təəssüf doğuran yüksəlişinə baxmayaraq, mən əminəm ki, həm Ermənistan, həm də Azərbaycanın əməkdaşlığına və xoş niyyətinə arxalana biləcəyəm. Məqsədim ədalətli, dəqiq və dürüst hesabat hazırlamaqdır", - deyə məruzəçi bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm