Aşqabadda Ermənistanın terrorçu siyasəti ifşa olundu
Ayyət Əhməd
13:03 15.10.2019
Aktual
648
“Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda “Qarabağ Azərbaycanındır və nida” ifadəsini səsləndirməklə bu məsələni milli ideya və hərəkata çevirdi. Eyni zamanda, Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının Zirvə Görüşündə dövlətimizin başçısı Ermənistan dövlətinin mahiyyətini bir daha ifşa etdi”.
Sherg.az bildirir ki, bunu millət vəkili Eldəniz Səlimov deyib. Deputat bildirib ki, Zirvə görüşündə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar məsələ müzakirə olunub:
“Azərbaycan xalqının bu müharibədə fədakarlıq nümayiş etdirdiklərindən və ən əsası Bakı neftinin müharibədə oynadığı roldan danışılaraq qələbədə Azərbaycanında mühüm rolu olduğunu qeyd edilib. Ermənistanda isə faşist cəlladı, faşistlərə xidmət edən Qaregin Njde ləqəbi ilə tanınan Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyulub. Dəfələrlə bu heykəlin götürülməsilə əlaqədar MDB ölkələrindən olan müharibə veteranları müraciət etsələr də heç bir nəticəsi olmayıb. Qaregin Njde “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” şüarı ilə Böyük Vətən müharibəsində faşizmə xidmət edib. Faşizmə xidmət edən, faşizmin qəhrəmanına MDB məkanında yer olmamalı, MDB-də Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş əsl qəhrəmanların xatirəsi əbədiləşdirilməlidir ki, gələcək nəsillər də bunun haqqında dərin məlumata malik olsunlar.
Paşinyan isə həmşəki kimi sərsəm çıxışı ilə iclas iştirakçılarına yalan, heç bir həqiqətə söykənməyən arqument gətirdi. Sonda isə cənab Prezidentimiz onun bu arqumentlərini faş etdi, yalan olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sənədlərində müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrdə də Ermənistanın faşizmə xidmət edən, satqına heykəl qoyulması pislənilib. Amma Ermənistan hakimiyyəti buna məhəl qoymur. Bütün bunlar göstərir ki, Ermənistanın dövlət siyasətində faşizmin, terrorçuluğun əlamətləri mövcuddur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə