Azər Allahverənov: "Bakıdakı əfqanlara qaçqın statusu verilməsə, ölkəni tərk etmək məcburiyyətində qalacaqlar"
14:13 18.01.2022
Aktual
714
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Əfqanıstandakı hadisələrlə əlaqədar Azərbaycanda vətəndaşlığa qəbul üçün müraciət edən əfqanların olub-olmadığına aydınlıq gətirib.
2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Xidmət rəisi deyib ki, Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edən 4 əfqan var: "Amma onlar əvvəldən Azərbaycanda müvafiq icazə ilə yaşayan şəxslərdir. Sərhədlərə yaxınlaşaraq vətəndaşlıq istəyən əfqan olmayıb. Amma müxtəlif beynəlxalq təşkilatlardan bununla bağlı 118 sorğu müraciəti olub".
Sosial-iqtisadi vəziyyət nəticəsində ölkədə xaricilərin artımı müşahidə olunur. Onların içərisində turist və tələbə kimi gələnlər var. Bəziləri də miqrant kimi axın edir. Onlardan ölkə vətəndaşlığına qəbul üçün müraciət edənlər olur.
Qeydiyyat məsələləri necə aparılır? Vətəndaşlıq verilən əcnəbilərə hansı şərait yaradıla bilər?
Mövzuya münasibət bildirən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Sherg.az"a açıqlamasında əcnəbilərə vətəndaşlıq verilməsini detallı araşdırmalardan sonra həyata keçirildiyini vurğulayıb:
“Əgər vətəndaşlıq hansısa əcnəbiyə verilirsə, bu, o deməkdir ki, Azərbaycan Respublikasının vətəndaşlarının malik olduğu bütün səlahiyyətlərdən həmin şəxslər yararlana bilər. Hüquqlar bərabərdir. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfi odur ki, bəli, cənab nazirin dediyi kimi, həmin əfqanlar qanuni əsaslarla yaşayır. Əfqanıstanla bizim aramızda viza rejimi olduğu üçün bu metodla ölkəyə daxil olublar. Bir müddət yaşadıqdan sonra adiyyəti üzrə sığınacaq almaq istəklərini dilə gətirirlər. Vizanın verdiyi müddət çərçivəsində ölkədə qalırlar”.
Azər Allahverənov əcnəbilərin ölkə əraizində qalma səbəblərini də izah edib:
“Səhv etmirəmsə, 2020-ci ilin mart ayından sərhədlərlə bağlı məhdudiyyətlər tətbiq olunmağa başladı. Nəticə etibarıyla, ölkə ərazisinə yalnız hava yolu ilə daxil olmaq mümkün idi. Bir çox dövlətlərlə hava sərnişin daşınması dayandırıldı. Daha sonra 2021-ci ildə sərhədlər bərpa olunmağa başladı. Əcnəbilərin axını oldu. Əfqanıstandan gələn şəxslər zamanında viza ilə ölkəyə daxil olmuş, sərhəd bağlandığı üçün ölkəni tərk edə bilməyən şəxslərdir ki, onların da bir qismi maddi sıxıntıları olduğu üçün hava yolu ilə tərk etmək imkanından məhrum olmuşlar. Onlar Dövlət Miqrasiya xidmətinə sığınacaq üçün müraciət edirlər”.
A.Allahverənov hazırda şəxslərin müraciətlərinə baxıldığını qeyd edib:
“Qaçqın statusunun verilib-verilməməsi barədə hər hansı bir qərar verilməyib. Təbii ki, sonrakı mərhələlərdə bu verilərsə, onlar ölkə ərazisində qala bilər, humanitar sığıncaqla təmin ola bilərlər. Belə şəxslərə əmək fəaliyyəti ilə məşğul olmaq imkanı yaranır. Əgər həmin şəxslərə qaçqın statusu verilməsə, ölkəni tərk etmək məcburiyyətində qalacaqlar. Çünki quru sərhədlər açılıb və bu yolla ölkələrinə qayıda bilərlər. Beynəlxalq təşkilatlara da müraciət edə bilərlər. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bunu həyata keçirə bilər”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə