Azər Həsrət: Filmlərdə əks olunan ayrıntılar bizim üçün çağırış olmalıdır
09:02 11.10.2024
Aktual
465
Türkiyənin reytinqli “Bahar” serialının son iki bölümündəki Azərbaycanla bağlı detal diqqət çəkib. Ekran işində məktəb direktoru olan Rza obrazının otağında Xarıbülbül simvolu yer alıb. Belə ki, layihənin ötən iki bölümündə Rzanın fonunda sözügedən simvol göstərilib.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, Qardaş Türkiyənin filmlərində, seriallarında və sənət əsərlərində Azərbaycana müraciət geniş yayılıb:
“Sözügədən platformalarda Azərbaycanlə bağlı mövzulara detallı şəkildə göstərilir. Bu isə iki qardaş xalqın iç-içə olmasından xəbər verir. “Bahar” serialı ilə yanaşı ötən həftə efirə gedən “Kuruluş Osman” serialının da növbəti seriyasında Azərbaycanda hamının sevə-sevə dinlədiyi Zeynəb Xanlarovanın ifasında “Yaşa mənim xalqım!” mahnısına geniş yer verildi. Yəni iki ayrı epizodda həmin mahnı səsləndirildi. Birinci hissədə sadəcə musiqisi səsləndirildi, ikinci epizodda isə musiqisi ilə bərabər sözləri də ifa olundu. Yəni belə elementlər qardaş Türkiyədə tez-tez nəzərə çarpır. Artıq biz elə bir mərhələyə gəlib çatmışıq ki, film, ədəbiyyat, dil və əlifba sahəsində ortaqlaşma başa çatmalıdır. Azərbaycan xalqı da Türkiyə xalqı kimi türk millətidir. Biz iki dövlət, bir millətik. Belə olan halda hər şeyimiz ortaq olmalıdır. Azərbaycan dövlət dilinin türkcə adlandırılmasına qayıtmaq haqqında düşünməlidir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cumhuriyyətinin dövlət dili həmin vaxtki imkanlar çərçivəsində türkcə elan edilib. Eyni zamanda Rusiyanın nəzarətində olan Dağıstanın da dövlət dili türkcə olub. Təəssüflər olsun ki, Stalinin dövründə türk kimliyi arxa plana keçdi və Azərbaycan dili önə çıxarıldı. Azərbaycan Respubilikası da AXC-nin varisi olduğuna görə dil məsələsində həmin varisliyi təmin etməlidir. Yəni sözügedən filmlərdə əks olunan ayrıntılar bizim üçün çağırış olmalıdır. Necə olur ki, hər iki tərəfin anladığı dil bir ölkədə türkcə, digərində isə Azərbaycan dili adlanır?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya