"Azərbaycan-ABŞ münasibətləri özünün yeni dövrünü yaşayır"
Yusif Nəzərli
14:21 12.09.2022
Aktual
728
ABŞ Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş ərazilərdə minalardan təmizləmə əməliyyatları üçün iki milyon dollar ayırır. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir : “ABŞ-ın yeni maliyyəsi minaları və partlamamış hərbi sursatları təmizləmək üçün minatəmizləmə təşkilatlarının texniki imkanlarını gücləndirməyə davam edəcək. Bu səylər insanların təhlükəsizliyinin yaxşılaşdırılması və məcburi köçkünlərin öz evlərinə qayıtmasına və həyatlarını təhlükəsiz şəkildə bərpa etməsinə imkan yaratmaq üçün çox vacibdir”.
Analitik Aqşin Kərimov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, hazırda ABŞ-Azərbaycan münasibətlərində bir neçə istiqamət üzrə fikir ayrılıqları mövcuddur:
“ABŞ Azərbaycanın Rusiya ilə Qərb arasındakı balanslı mövqeyindən bir qədər narahatdır və onu öz tərəfinə çəkməkdə maraqlıdır. Rəsmi Vaşinqtonun bu qarışıq arzuları isə Azərbaycanın təhlükəsizlik çağırışlarına uyğun deyil. Digər tərəfdən ABŞ Azərbaycan-Türkiyə-Rusiya üçbucağındakı birgə maraqların inkişafını çox da istəmir. Deməli, məntiqlə Türkiyənin regiondakı iştirakının yalnız Ağ Evin reseptləri əsasında güclənməsində maraqlıdır. Bunlardan başqa, digər sahələrdə Azərbaycanla ABŞ-nin üst-üstə düşən maraqları var. Müştərək maraqlar rəsmi Bakı və Vaşinqtonu strateji tərəfdaş xəttinə salır və bu xətt enerji təhlükəsizliyindən tutmuş beynəlxalq terrorizmlə qarşı mübarizəyə qədər geniş bir sahəni əhatə edir. ABŞ Qarabağdakı yenidənqurma işlərinə töhfə vermək niyyətini özünün humanitar çağırışları ilə assosiasiya edir. Ona görə də minatəmizləmə əməliyyatlarına vəsait ayırır. Lakin ABŞ-nin Qarabağda və Şərqi Zəngəzurdakı iqtisadi layihələrə sərmayə qoyması onun Azərbaycan hökuməti ilə razılaşmasından asılıdır. Sırf bu məsələdə insan hüquqlarına baxış və idarəetmədəki yanaşma fərqləri ABŞ-nin sərmayə qoymaqdan çəkindirir.
ABŞ hesab edir ki, Azərbaycanda məhkəmə sistemi müstəqil olmalıdır və investisiya yatıran gələcəkdə məhkəmə predmetinə məruz qalarsa, onun sərmayəsi batmamalıdır. Bütün bunlara baxmayaraq indi Azərbaycan-ABŞ münasibətlərinin artan şkala üzrə özünün yeni dövrünü yaşadığını deyə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq