
Azərbaycan-Aİ münasibətlərində yeni fəsil: Bakı və Brüssel arasında buzlar əriyir
Yusif Nəzərli
10:09 17.05.2025
Aktual
597
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son zamanlar daha yaxşı səviyyəyə çatıb. Hər iki tərəf bir-biri ilə əməkdaşlıq etməyə daha çox maraq göstərir. Dünyada və bölgədə baş verən dəyişikliklər bu münasibətlərin inkişafına təsir edib. Enerji, nəqliyyat və təhlükəsizlik kimi sahələrdə birlikdə işləmək hər iki tərəf üçün faydalıdır. Buna görə də Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər getdikcə daha möhkəm əsaslar üzərində qurulur.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlama verib:

"Azərbaycanla Avropa İttifaqı arasında heç də hamar olmayan münasibətlər dövrünün artıq arxada qalması sevindiricidir. Avroatlantik məkana inteqrasiyasını özünün prioritetləri sırasında elan edən Azərbaycan bir sıra hallarda məhz Avropa İttifaqının ikili və qərəzli yanaşması səbəbindən Aİ-nin ayrı-ayrı qurumları ilə münasibətdə məsafəli yanaşma məcburiyyəti ilə üzləşdi. Lakin Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın keçən ay ölkəmizə baş tutan rəsmi səfəri ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm bir dönüş nöqtəsi oldu. Aİ nəhayət ki, ikili yanaşmalar sərgiləməklə, Azərbaycanla təzyiq dilində danışmaqla nəyəsə nail olmağın mümkün olmadığını anladı.
Kallasın Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüş, tərəflər arasında etimadın möhkəmləndiyini və gələcək əməkdaşlıq üçün geniş imkanların açıldığını göstərdi".
Ekspert indiki münasibətlərin Avropa İttifaqının illərdir mövcud olan bəzi stereotiplərdən və birtərəfli yanaşmalardan geri çəkildiyini və Azərbaycanın potensialını daha ətraflı qiymətləndirdiyini ortaya qoyduğunu söyləyib:
"Avropa İttifaqının Azərbaycanla daha praqmatik və strateji əsasda əməkdaşlıq etməyə maraqlı olduğunu bəyan etməsi sözsüz ki, təkcə siyasi deyil, həm də enerji, təhlükəsizlik və nəqliyyat sahələrindəki əməkdaşlığın gücləndirilməsi üçün geniş perspektivlər açır.
Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud münasibətlər Brüsseldə Azərbaycanın geosiyasi çəkisinin təkcə enerji resursları ilə deyil, həm də regiondakı aparıcı rolu, nəqliyyat bağlantılarındakı qovşaq mövqeyi və gələcəyə yönəlmiş “yaşıl” enerji təşəbbüslərinin qiymətləndirildiyini göstərir. Sözsüz ki, Avropa üçün enerji həm siyasi, həm də təhlükəsizlik məsələsidir. Bu isə o deməkdir ki, Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olan Azərbaycan enerji tərəfdaşı olmaqla yanaşı həm də enerji təhlükəsizliyinin açar oyunçularından biridir".
Müsahibimiz sonda Avropa İttifqının bu reallıqları dərk edərək münasibətləri inkişaf etdirməsinin strateji tərəfdaşlıq imkanlarını artırdığını vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol