Azərbaycan COP29 ilə iqlim dəyişikliyinə töhfə verəcək -ŞƏRH
Yusif Nəzərli
13:39 02.03.2024
Aktual
674
Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam edib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, bu toplantı Məşvərət Şurasının 10 illik yubileyi və qlobal enerji keçidinə liderliyin Azərbaycana həvalə olunduğu COP29 ərəfəsində keçirilməsi ilə əlamətdardır. Məşvərət Şurası enerji təhlükəsizliyi və enerji keçidi məsələlərini uğurla inteqrasiya etməklə yeni dövrə ədalətli enerji keçidini təşviq edən platforma kimi daxil olur. Cənub Qaz Dəhlizinin inkişafı və qaz tədarükünün artırılması, “Xəzər-Qara-dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması və bərpa olunan enerjinin təchiz edilməsi region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir. Qaz tədarükünün artırılmasından bəhs edərkən nazir deyib ki, Azərbaycan Avropa İttifaqı ilə genişləndirilmiş strateji enerji tərəfdaşlığının bu mühüm prioritetinin icrasına artıq başlayıb: “Nəticədə Avropaya qaz ixracında artım 45%-ə, tədarükçü ölkələrin sayı isə 8-ə yüksəlib. Ötən il Avropaya 11.9 milyard kubmetr, Türkiyəyə 9.5 milyard kubmetr, Gürcüstana isə 2.5 milyard kubmetr qaz ixrac olunub. Bu artım dinamikasında əlavə marşrut kimi Trans-Balkan kəmərindən istifadənin də rolu var. Azərbaycanın təmin etdiyi əlavə həcmlər bu ildən Serbiyanın, həmçinin ötürücülük gücü artırılan TAP-ın təchizatının da mənbəyidir. Bütün bunlar, eləcə da “Abşeron Faza1”, “AÇG Dərin Qaz”, “Ümid Mərhələ-2”, “Qarabağ” layihələrinin işlənilməsi üzrə görülən tədbirlər mövcud şəraitdə Azərbaycanın səylərinin və etibarlı tərəfdaş olmasının bariz göstəriciləridir”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Azərbaycan beynəlxalq tədbirlərə, qlobal miqyaslı mövzuların müzakirəsinə ev sahibliyi edən ölkələrdən biridir:
“Azərbaycan dünyada da bu cür tanınır. Çünki belə qlobal mövzular üçün Bakıda və digər şəhərlərində gözəl platforma təşkil edir. Burada konfiliktlər, dünyada mədəniyyətlərarası anlayış, kiber təhlükəsizlik və miqrasiya kimi məsələlər müzakirə edilir. Daha sonra isə müvafiq qərarlar qəbul olunur. Azərbaycan son illər iqlim dəyişiklikləri ilə əlaqədar mövzulara böyük diqqət ayırmaqdadır. Buna görə də COP28-də fəal iştirak etdik”.
Ekspert qeyd edib ki, bundan əvvəl iqlim dəyişiklikləri ilə bağlı attığımız addımlar, beynəlxalq tədbirlərə rəhbərliyimiz və digər möhtəşəm tədbirlərə ev sahibliyi etməyimiz COP29-un Azərbaycanda keçirilməsi üçün qərar verilməsinə gətirib çıxardı:
“Hesab edirəm ki, bu Azərbaycan üçün çox önəmlidir. Əvvala iqlim dəyişiklikləri və ekologiya məsələlərinə nə qədər sadiq olduğumuzu göstərəcəyik. Həmçinin dünyadakı iqlim dəyişikliklərinə COP29 tədbiriylə töhfə verəcəyik. Digər tərəfdən isə Azərbaycanın həqiqətlərini, işğaldan azad olunmuş ərazilərini və oradakı erməni vəhşiliklərini ölkəmizə gələn qonaqlara göstərmək fürsətimiz olacaq. Ümumilikdə COP29 tədbirinə ev sahibliyi etməyimiz Azərbaycanın qlobal miqyasda həyata keçirdiyi siyasətlə bağlı növbəti addımıdır. Bunun da regionumuza və dünyaya yüksək faydaları olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi
11:27 08.08.2026
Hadisə
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
11:22 08.08.2026
Sağlamlıq
ABŞ-nin Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi sual altındadır
10:55 08.08.2026
Gündəm