
“Azərbaycan lazımi ölkələrə irimiqyaslı hərbi təlimlər ilə cavablar verir”
“Azərbaycan lazımi ölkələrə irimiqyaslı hərbi təlimlər ilə cavablar verir”
Yusif Nəzərli
15:25 04.11.2022
Aktual
676
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ölkənin cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb.
Müdafiə Nzirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 3-də müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib.
Məruzə olunub ki, xüsusi təyinatlıların döyüş hazırlığının yoxlanması və daha da yüksəldilməsi məqsədilə keçirilən təlimdə hərbi qulluqçular qarşıya qoyulan bütün tapşırıqları peşəkarlıqla yerinə yetirir. Hərbi Hava Qüvvələrinin, eləcə də Raket və Artilleriya bölmələrinin dəstəyi ilə icra olunan xüsusi əməliyyatlarda qoşun növləri arasında qarşılıqlı əlaqə yüksək səviyyədə təşkil edilir.
Təlimin gedişatını müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov xüsusi təyinatlılarla görüşüb, onların qayğıları ilə maraqlanıb və şəxsi heyət qarşısında çıxış edib.
Müdafiə naziri çıxışında xüsusi təyinatlıların Vətən müharibəsində, eləcə də son qarşıdurmalarda göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Onların təminat-təchizatının, o cümlədən döyüş hazırlığının daha da artırılmasının daim diqqət mərkəzində saxlanıldığını deyib.
Sonda general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunda qazanılan döyüş təcrübəsinin öyrənilməsi və müasir üsullarla keçirilən təlim-məşq prosesində tətbiq edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, təlimlərin İranın Azərbaycan sərhəddindəki hərbi tədbirlərinə cavab olaraq keçirildiyi barəsində iddialar var.

Məsələni “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli bildirib ki, XTQ-nin təlimlərinin hər biri plana uyğun şəkildə həyata keçirilir:
“Onun yeri hərbi-siyasi məna kəsb edə bilər. Amma bu o demək deyil ki, biz cənub zonasında təlimlərin keçirilməsi ilə birbaşa İranı təhdid edirik və onun bir müddət əvvəl Azərbaycanla sərhəddində təlim keçirməsinə cavab veririk. Mən qətiyyən belə olduğunu düşünmürəm. İstənilən hadisəni siyasiləşdirmək mümkündür. Xüsusilədə hərbi təlimləri. Digər tərəfdən Azərbaycanın İrana cavab vermək üçün XTQ səviyyəsində təlim keçirməyə ehtiyacı yoxdur. Çünki Azərbaycan lazımi ölkələrə, daha irimiqyaslı hərbi təlimlər həyata keçirmək və siyasi üstünlüyü ilə müəyyən cavablar verir”.
Zakir Həsənov və Baxtiyar Ərsayın təlimdə iştirakına gəlincə, ekspert qeyd edib ki, burada təəccüblü heç nə yoxdur:
“Bu sadəcə Müdafiə Nazirinin və onun müşavirinin vəzifə borcudur. Bu baxımdan də Ərsayın missiyasını icra etməsi normal addımdır. Bəzən müəyyən hadisələri həddindən artıq siyasiləşdirilməyə çalışılır. Təbii Azərbaycan öz hərbi imkanlarını bəzi tədbirlərdə nümayiş etdirir. Amma belə hadisələri şişirtməyə ehtiyac yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mayk Tayson “Tuzlu Kahvede"
07:17 27.10.2026
Şou
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual