Azərbaycan ordusu gücünü Cocuq Mərcanlı əməliyyatlarında göstərib - Millət vəkili
Turan
09:07 30.05.2020
Aktual
671
"Prezident İlham Əliyev və Birinci Vitse prezident Mehriban xanım Əliyeva "Qobu Park 3" yaşayış kompleksinin açılışında çox mühüm tarixi məqamlara toxundu".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, ölkə rəhbəri torpaqlarımızın işğal altına düşmə səbəblərinin təhlilini geniş şəkildə ictimaiyyətin diqqətinə çatdırdı:
"Prezident xüsusilə qeyd etdi ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun alternativi yoxdur. Təbii ki, münaqişənin sülh yolu ilə həll olunmasının müzakirə mövzusu mərhəlləli şəkildə torpaqlarımızın işğaldan azad olunmasıdır. Danışıqlar masası üstündəki müzakirələr də bu variantın üzərində aparılır. Amma çox təəssüf ki, erməni rəhbərliyi öz xalqından həqiqəti gizlədir və yalanlarla dolu yanlış yola çəkir. Azərbaycan isə güclü ordu yaratmışdır və beynəlxalq dəstək bizim tərəfimizdədir".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan öz ordusunun gücünü Cocuq Mərcanlı və Naxçıvan əməliyyatlarında göstərib:
"Sadəcə biz daha güclü olmalıyıq. Geosiyasi vəziyyəti nəzərə almaqla ölkəmizin suverinliyini təmin edəcəyik. Prezidentin qeyd etdiyi kimi Qarbağ Azərbaycandır və nida işarəsi. Amma bütün bunlara baxmayaraq, dövlətimiz məcburi qaçqın və köçkünlərin sosial problemlərinin həlli və mənzillərlə təmin edilməsi prosesini davam etdirir. Tikilib istifadətə verilmiş 100-dən çox qəsəbə də bunun əyani təzahürüdür. Ölkəmizin gücü imkan verəcək ki, torpaqlarımız işğaldan azad olunandan sonra oralıarda da müasir infrastrukturlu yeni yaşayış məntəqələrini inşa edək. Bu reallıqdır və ölkə başçımızın rəhbərliyi altında bütün problemlərinin həllinə nail olacayıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm