"Azərbaycan-Pakistan hərbi əməkdaşlığı inkişaf edir"
Fidan Həmişəyeva
13:57 23.06.2021
Aktual
646
“Qardaş Türkiyə hərbi müttəfiqimizdir. Türkiyədən sonra ən güclü münasibətimiz məhz Pakistanladır”
Dünən Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinləri görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə tərəflər hər iki ölkənin orduları arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə edib, hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.
Pakistan-Azərbaycan əlaqələrini “Sherg.az”a şərh edən Tərxis Olunmuş Hərbçilərin Gənclər Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, Pakistan Azərbaycana dəstək verən, Ermənistanı heç vaxt bir dövlət kimi tanımayan ölkələrdəndir:
“Pakistan hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini bəyan edib. İki ölkə arasındakı əlaqələrin tarixi kökləri var.
Azərbaycan da Pakistanın məlum problemini BMT səviyyəsində birmənalı şəkildə dəstəkləyir. Hərbi sahədə əməkdaşlığımız yüksək səviyyədədir. Qardaş Türkiyə hərbi müttəfiqimizdir. Türkiyədən sonra ən güclü münasibətimiz məhz Pakistanladır.
Eyni zamanda Pakistan hərbi məktəblərində azərbaycanlı kursantlar təhsil alırlar.
Gələcəkdə isə yalnız hərbi yox, bir çox sahədə əməkdaşlığımız nəzərdə tutulur. Həm müdafiə nazirləri, həm müavinləri, həm də dövlət başçıları səviyyəsində çox yüksək əlaqələrimiz var.
Pakistan dünyada və regionda özünəməxsus üslubu, xüsusilə silahlı qüvvələri sayəsində güclü dövlətdir.
Azərbaycanın Pakistan və Türkiyə kimi dövlətlərlə əməkdaşlığı milli maraqlarımıza uyğundur. Gələcəkdə bu münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm