
Azərbaycan və Türkiyə arasında elektron platforma...- Xüsusi yenilik!
Azərbaycan və Türkiyə arasında elektron platforma...- Xüsusi yenilik!
Yusif Nəzərli
13:30 31.08.2022
Aktual
666
“Təsəvvür edin ki, azərbaycanlı fiziki və ya hüquqi şəxs Türkiyədədir. O, müxtəlif səbəblərdən tələb olunan sənədlərə görə problemlərlə qarşılaşıbsa, prosesləri rahat gerçəkləşdirəcək”
Azərbaycan və Türkiyənin elektron hökumət portalları birləşəcək.
Sentyabrın 1-də Türkiyədə bu ölkənin “e-devlet” portalı ilə Azərbaycanın “e-gov” portalının inteqrasiyasının təqdimatı keçiriləcək. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, İnteqrasiya Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə əməkdaşlıq çərçivəsində baş tutub.
Bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə getdiyi zaman ondan hər hansı Azərbaycanın dövlət qurumunun verməli olduğu sənəd tələb olunursa, onu “e-devlet”dən və yaxud əksinə, Türkiyə vətəndaşından Azərbaycanda hansısa sənəd tələb olunsa, onu “e-gov”dan əldə edə biləcək.

Yeni addımı "Sherg.az"a dəyərləndirən internet-media eksperti Səbuhi Abbasov bildirib ki, uzun müddətdir, bu layihənin üzərində işlər aparılırdı:
"Həm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həm də ASAN xidmətin rəhbərliyi kifayət qədər fikir mübadiləsi aparıblar. Artıq ilkin razılaşmalar da var. Azərbaycanla Türkiyə arasında dövlət başçıları səviyyəsində müxtəlif sahələrdə, xüsusilə elektron hökumətlə bağlı müxtəlif sənədlər imzalanıb.
Elektron hökumət layihələrinin mərkəzləşdirilməsi, müəyyən proseslərin çevik və innovativ həlli istiqamətində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
Məncə, bu dünyada ilkdir. İki ölkə arasında sənəd dövriyyəsində vahid yanaşma sisteminin tətbiqi heç yerdə yoxdur. Gələcəkdə digər ölkələr nümunə kimi yararlanacaqlar.
Platforma fəaliyyətə başlayanda sözün əsl mənasında şok yaşanacaq. Təsəvvür edin ki, azərbaycanlı fiziki və ya hüquqi şəxs Türkiyədədir. O, müxtəlif səbəblərdən tələb olunan sənədlərə görə problemlərlə qarşılaşıbsa, prosesləri rahat gerçəkləşdirəcək. Ümumilikdə, İnformasiya Texnologiyaları ( İT ), elektron dövriyyə sahəsində xüsusi yenilik kimi qiymətləndirirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə