"Azərbaycanın yeni tələbi” iddiası: “Gerb məsələsi sülh prosesində əsas mövzu deyil”
09:47 20.05.2025
Aktual
456
Azərbaycan sülh prosesi çərçivəsində Ermənistana qarşı yeni tələb irəli sürüb.
Bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.
“Azərbaycan Ermənistanın gerbinin dəyişdirilməsi və ya Ağrı dağı mənzərəsinin oradan çıxarılmasını tələb edir”, - erməni nəşri bildirib.
Məqalədə qeyd edilir ki, bu, ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasının dəyişdirilməsindən sonra rəsmi Bakının növbəti tələbidir.
Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, Azərbaycan sülh prosesində əsas diqqəti ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin açılması və qarşılıqlı hüquqi öhdəliklərin yerinə yetirilməsinə yönəldib:
"Gerb və ya simvolik məsələlər isə əsas prioritetlər arasında yer almır. Rəsmi Bakı Ermənistanla real və konstruktiv danışıqlar yolu ilə sülh müqaviləsinin bağlanmasını əsas hədəf olaraq görür. Gerb kimi simvolik məsələlərin bu mərhələdə sülh danışıqlarında əsas gündəm mövzusu olması inandırıcı deyil. Sülh prosesi mərhələli şəkildə aparılır və Azərbaycan tərəfindən hər bir tələb müəyyən siyasi və hüquqi zərurətə əsaslanır. Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyinə qarşı qeydlərin olması məsələn, keçmiş “Dağlıq Qarabağ”a aid iddialar reallıqda hüquqi problem yaratdığı üçün Bakının buna münasibət bildirməsi normaldır. Düzdür, həm Ermənistan dövlət gerbi həm də İrəvan şəhərinin gerbində tarixi səhvlər və ərazi iddiasını özündə əks etdirən elementlər var. Lakin bunlar daha çox tarixi-mədəni kontekstdə qiymətləndirilməlidir. Belə bir məsələ ancaq digər əsas şərtlər yerinə yetirildikdən sonra, daha geniş siyasi dialoq çərçivəsində müzakirə oluna bilər. Bu mərhələdə isə belə bir tələb irəli sürülməsi həm diplomatik, həm də strateji baxımdan real görünmür".
Politoloq əlavə edib ki, Ermənistan siyasi dairələri və media orqanları zaman-zaman Azərbaycanı agressiv, maksimalist və qeyri-konstruktiv tərəf kimi təqdim etməyə çalışırlar:
"Bununla məqsəd həm daxili auditoriyanı səfərbər etmək, həm də beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdır. “Hraparak” qəzetinin yaydığı məlumat bu mənada klassik bir psixoloji informasiya müharibəsi nümunəsidir. Gerb məsələsini sülh prosesinə bağlamaq, Azərbaycanın diplomatik nüfuzuna xələl gətirmək məqsədi daşıya bilər. Bu, Ermənistan daxilində antitürk, anti-Azərbaycan ovqatını gücləndirmək üçün istifadə olunan bir vasitədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol