Bakı danışıqları: Əliyev Mişelə nələri izah etdi?
Fidan Həmişəyeva
11:41 19.07.2021
Aktual
669
"İrəvanda “status”dan bəhs edən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel gözlənildiyi kimi Bakıda bu haqda heç nə demədi. Bunun birdən çox səbəbi var".
Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik "Sherg.az"a açıqlamasında məlum səbəbləri diqqətə çatdırıb:
"Mişel Bakı və İrəvan arasında balansı mövqe sərgiləyir: Paşinyanla görüşdə dediyi “status” sözü də mövqedən daha çox, siyasi jest idi.
Bakıda Əliyev Mişelə münaqişənin başa çatdığı və “Dağlıq Qarabağ”ın artıq olmadığını izah edib: Prezidentin mətbuat konfransında post-münaqişə dövrü haqda dedikləri də bunu göstərir.
Aİ-nin bütün sənədlərində ərazi bütövlüyü prinsipi əsasdır və dəfələrlə Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin - Azərbyacan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistan - ərazi bütövlüyünü dəstəkləyən sənədlər, bəyanatlar qəbul edib: istisna deyil ki, dekabr ayında keçiriləcək Aİ Şərq Tərəfdaşlığı sammitində də proqramda iştirak edən ölkələrin ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunacaq".
A.Nərimanlının qənaətincə, nəticə olaraq, Aİ-nin “status” məsələsinə prinspial yanaşmadığını deyə bilərik:
"Mişelin Bakıda bu fikri güləndirən çıxışında iki məsələni önə çıxması da gündəmin fərqli olduğunu göstərir: erməni diversantların qaytarılması və mina xəritələrinin verilməsi; sərhədlərin delimitasiyası.
Birincisi, Aİ humanitar məsələlərdə tərəflər arasında vasitəçiliyi davam etdirmək niyyətindədir.
İkincisi, Aİ sərhədlərin delimitasiyası prosesində “tövsiyə verən” tərəf kimi olsa belə rol almaq istəyir.
Hər iki hədəf regionda Aİ-nin aktivliyini artırmağa hesablanıb. Bu, Rusiyanın vasitəçiliyinə alternativlərin olması perspektivini gücləndirir, lakin o demək deyil ki, Bakı Mişelin dediyi kimi sərhəd məsələsində Avropanı “arzu edəcək”, yaxud Paşinyanla Makronun birgə planı kimi görünən proses müsbət məcrada inkişaf edəcək. Sadəcə olaraq, Bakı bu mümkün perspektivi Moskvanın qarşısında kart olaraq istifadə edə bilər".
Analitik qeyd edib ki, Prezident Əliyevin Mişelə - bütövlükdə Qərbə verdiyi mesajlar da önəmlidir:
"Ölkə başçısı mətbuat konfransında “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonlarının adını çəkdi. Bu, Qərbə təkcə Qarabağ münaqişəsinin bitdiyini demək yox, 7 iyul tarixli fərmanına istinadən məsələnin rəsmi şəkildə bitdiyini çatdırmaq gedişidir. Bu ifadənin beynəlxalq media tərəfindən tirajlanması münaqişənin bitməsi mövqeyinin daha geniş spektirdə yayılması ilə yanaşı, Zəngəzurun qərb hissəsinin mövcudluğu faktının şüuraltına yeridilməsinə imkan yaradır. Azərbaycan prezidenti bu gedişlərlə Zəngəzur məsələsində istinad mənbələri formalaşdırır.
Digər tərəfdən Əliyev Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə etdi: bu, ermənilərin işğal etdiyi torpaqlarda törətdiklərinin Aİ Şurası prezidentinə faktlarla çatdırılması ilə yanaşı, Qarabağın azad edildiyini, münaqişənin bitdiyini incəliklə təqdim edilməsidir.
Ölkə başçısı Aİ Şurası prezidentinə də son mövqeyini çatdırdı: yekun sülh müqaviləsi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol