BDU-nun adı 7 dəfə dəyişdirilib - ARAŞDIRMA
09:08 30.04.2024
Aktual
383
Bakı Dövlət Universitetinin (BDU) tarixi ilə bağlı yeni araşdırma aparılıb.
Modern.az xəbər verir ki, araşdırmanı tarixçilər Nazim Xəlilov, Elnur Nəciyev və Emin Məlikov aparıblar.
Tarixçilər saytımıza bildiriblər ki, indiyədək yayılmış informasiyalarda BDU-nun adının 5 dəfə dəyişdirildiyi göstərilib:
"Amma arxiv sənədləri sübut edir ki, BDU-nun adı 7 dəfə (1922, 1924, 1934, 1939, 1990, 1991, 2000) dəyişdirilib. Yeni araşdırmamız xronologiya formasındadır. Burada BDU-nun tarixi aydın və yığcam şəkildə təqdim edilir.
Araşdırmamızda həmçinin qeyd edilir ki, 105 yaşlı ali məktəbin tarixi adı ilk dəfə 2000-ci ildə yox, 1990-cı ildə bərpa olunub. Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin 1 mart 1990-cı il tarixli əmrində deyilirdi: "S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ilkin adı bərpa edilsin və Bakı Dövlət Universiteti adlandırılsın".
Biz tarixçi alimlər Ziyad Əmrahov və Samir İsmayılova dərin təşəkkür edirik! Bu xronologiyanı onların "Bakı Dövlət Universitetinin tarixi" adlı kitabındakı arxiv sənədləri əsasında tərtib etmişik. Sonda onu da bildirmək istəyirik ki, yeni araşdırmamızı BDU-nun 105 illik yubileyinə həsr etmişik".
Tarixçilərin araşdırmasına görə, BDU-nun adı aşağıdakı kimi olub:
1) 1919-1922 - BDU
2) 1922-1924 - ADU
3) 1924-1930 - V.İ.Lenin adına ADU
4) 1930-1934 - fəaliyyəti dayandırılıb
5) 1934-1939 - ADU
6) 1939-1990 - S.M.Kirov adına ADU
7) 1990-1991 - BDU
8) 1991-2000 - M.Ə.Rəsulzadə adına BDU
9) 2000-ci ildən - BDU
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya