
Bəxtiyar Paşa "komando" sahəsində ən peşəkar kadrdır
Bəxtiyar Paşa "komando" sahəsində ən peşəkar kadrdır
Yusif Nəzərli
22:21 12.12.2022
Aktual
533
Onun təyinatı və fəaliyyəti digər kabinet generallarını da otaqdan çıxaracaq
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib. O, Müdafiə Nazirliyinin dekarın 10-da keçirilən Kollegiya iclasında məhz Zakir Həsənovun müşaviri kimi çıxış edib. Bəxtiyar Paşa Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb. İclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.

Mühüm təyinatla bağlı "Şərq"ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, müstəqil Azərbaycanın ordusunun formalaşmağa başladığı ilk gündən bu yana Türkiyənin hərbi müstəvidə yardımları əvəzedilməz olub. Professorun sözlərinə görə, 1990-cı illərin əvvəllərində dəfələrlə Türkiyədən hərbi mütəxəssislər, zabit heyəti ölkəmizə dəvət olunub: "Təbii ki, Azərbaycan Ordusu hazırda güclüdür, ancaq qardaş Türkiyənin hərbi təcrübəsinə böyük ehtiyacımız var. Nəzərə alaq ki, bizim ordumuz sovet sistemində formalaşmışdı. Hərbçilərimiz, zabitlərimiz də sovet məktəbinin yetirmələri idi. Reallıq odur ki, sovet dönəmində yetişmiş yüksək rütbəli zabitlər NATO səviyyəsində müasir tələblərə cavab verən ordu formalaşdıra bilmədilər. O baxımdan bu iş mütəxəssislərə həvalə olunmalı idi. NATO-nun ən güclü ikinci ordusu olan qardaş Türkiyənin bu sahədə bizimlə sıx əməkdaşlığı çox vacibdir. Ersay paşanın seçilməsi də əhəmiyyətlidir. Çünki məhz həmin paşa Azərbaycan Ordusunu daha yaxşı tanıyır, problemləri, çatışmazlıqları bilir. Ersay paşa 44 günlük müharibə zamanı digər türk qardaşlarımız kimi yanımızda olub. Onun hərbi təcrübələrindən, bilik və bacarığından Azərbaycan çox yararlanıb. Belə bir şəxsin müdafiə nazirinin müşaviri təyin olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin növbəti uğurlu addımı və uzaqgörənliyidir".
C.Nuriyev vurğulayıb ki, müzəffər ordu daha mütərəqqi və modern olmalıdır: "Adətən mütəxəssislər başqa ölkəyə müvəqqəti dəvət alırlar və müəyyən müddət öz işlərini görürlər. Azərbaycan üçün önəmli odur ki, ölkəmizə çox peşəkar bir hərbçini dəvət etməklə yanaşı, ona daimi vəzifə də verilib. Çox uğurlu təyinatdır. Şuşa bəyannaməsindən sonra Azərbaycan və Türkiyə silahlı qüvvələri onsuz da vahid ordu sayılır. Hazırda iki ölkənin inteqrasiya prosesi gedir".
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan Ordusunda xüsusi dəstələr, "komandolar" hazırlanır: "Bu sahədə qardaş Türkiyənin təcrübəsi əvəzolunmazdır. Bəxtiyar paşa "komando" sahəsində ən uğurlu, peşəkar və həm də gənc kadrlardan sayılır. Onun tərcümeyi-halını oxuduqdan sonra qürur duydum ki, Ordumuza belə peşəkar bir hərbçi cəlb olunub. Əməliyyatın qurulması, hadisələrin düzgün proqnozlaşdırılması, müasir silahların tətbiq edilməsi, təchizat və təminat olduqca önəmlidir. Bəxtiyar Ersay bu sahələrdə barmaqla sayılan generallardandır. Bu sahələrdə təcrübəmiz azdır. Ümid edirik, Bəxtiyar Ersayın təyinatı və fəaliyyəti digər kabinet generallarını da otaqdan çıxaracaq. Azərbaycan mobil ordu qurur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual