Biabırçılıqdır: "Azercell" neçə ildir, “Torqovı”da ilişib qalıb”
Yusif Nəzərli
05:40 18.05.2023
Aktual
452
"Azercell" bəsit müzakirələrlə baş qatır, qonşu ölkələr də 5G infrastrukturunu, süni intellekti və əşyaların internetini genişləndirir”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, ölkənin ən öndə gedən mobil operatoru "5G-nin sınaqdan keçirilməsi haqqında" məlumatı qürurla beynəlxalq konfrans iştirakçıları ilə bölüşür və bununla bağlı açıqlama yayır:
“Sanki regionda rəqəmsal mərkəzə çevrilmək niyyətini ortaya qoyur. Hansı ki, konfrans zalında onlarla yanaşı əyləşən regionun bütün ölkələri "Azercell"in qeyd etdiyi sınaq işlərini illər öncə başa vurub və hazırda 5G-nin real, işlək şəbəkəsini qurublar. Hazırda isə onun üzərində biznes qururlar.
"Azercell" isə 5G-dən istifadə etmək istəyənləri test etmək üçün “Torqovı”ya yönəldir, neçə ildir ki, bu nəhəng operator hələ də “Torqovı”da ilişib qalıb. Sadəcə biabırçılıqdır.
Yaxşı olardı ki, "Azercell" aidiyyəti qurumlara, RİNN-ə müraciət edib, işçi qrupları yaradıb, uzun illər 5G tezliyinin üstündə "oturanlarla" problemi həll edəydi.
Bu problemin həllində dövlət qurumları ilə bərabər operatorlar da yaxından iştirak etməlidir. Gərək xeyli öncədən, "Azercell" və digər operatorlar təşəbbüs göstərəydilər, 5G-nin üstündə "oturanlarla" dil tapıb, hökumətə bununla bağlı təkliflər verəydi. Belə görünür ki, "Azercell" və digərləri müftə, göydəndüşmə tezlik gözləyir. Yəni dövlət qurumu, RİNN, İKTA gedib 5G tezlik sahibləri ilə danışmalı, onlara pul ödəməli, yalvar-yaxar etməli və operatorlara bu tezliyi hədiyyə etməlidir. Belə olan halda, mən təklif edərdim ki, əgər 5G tezlikləri üçün onun indiki sahiblərinə büdcədən kompensasiya ödənilib operatorlara veriləcəksə, bu tezlik resurslarının ödənişlərinə yenidən baxmaq da doğru olardı”.
5 G sahəsində Azərbaycanda vəziyyətin digər qonşu ölkələrdən xeyli geri qaldığını vurğulayan O.Gündüz deyib ki, uzun illər bu istiqamətdə hazırlıqlar olmayıb: “DRİ və İKTA tərəfindən müəyyən işlər aparılsa da, konsepsiya hazırlansa da, hələlik 5G ilə bağlı hökumətin təsdiqlənmiş, aydın bir yol xəritəsi yoxdur. 5G üçün zəruri olan tezliklər başqa radioxidmətlər, hətta TV kanallar tərəfindən istismar olunur. Onların geri alınması istiqamətində uzun illər işlər aparılmayıb.
Hökumət bu tezliklərin 5G üçün geri alınması, kompensasiya qaydaları qəbul etsə də, hələlik bu sahədə irəliləyiş yoxdur. 5G tezliklərin mobil operatorlara hansı qaydada veriləcəyi də qeyri-müəyyəndir, bununla bağlı açıqlamalar yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi