
“Birgə istehsal ediləcək PUA-lar dünyada tanınacaq”
Yusif Nəzərli
15:28 09.02.2022
Aktual
730
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda yeni müəssisə qurmağı planlaşdırır. O qeyud edib ki, Azərbaycanda “Bayraktar TB2” dronlarının və pilotsuz uçuş aparatlarının istismarından, onlara texniki xidmətdən başqa bu qurğuların istehsalı üçün lazım olacaq yüksək texnologiyanı inkişaf etdirmək, süni intellektin tətbiqini genişləndirmək məqsədi ilə müəssisə qurmağı hədəfləyirik:
“Türkiyə Texnologiya Fondu olaraq “ASAN xidmət”lə birlikdə Azərbaycanın ilk DNT Mərkəzini də açacağıq.Onun yaxınlığında isə Elm Mərkəzini açmağı hədəfləyirik”.

Hərbi jurnalist, ehtiyatda olan zabit Üzeyir Cəfərov bu haqda “Sherg.az”a danışarkən vurğulayıb ki, hazırda iki ölkə birgə müəssisələr, hərbi sənaye komplekslərinin inkişaf etdirilməsi istiqamətində addımlar atır:
“Proses iki dövlətin maraqlarına xidmət edir. Həm Azərbaycan, həm də Türkiyə üçün hərbi sənaye kompleksinin inkişafından daha çox siyasi əhəmiyyət daşıyır. Çünki birgə istehsal ediləcək PUA-lar dünyada tanınacaq. Bu zaman Türkiyənin adı ilə yanaşı ölkəmizin adı da çəkiləcək”.
Ü.Cəfərova görə, indi rəsmi Ankara son illər dünyada artan nüfuzunu qardaşı ilə bölüşür:
“Ötən həftələrdə Türkiyə dövlət başçısı R.T.Ərdoğan Ukraynada səfərdə oldu. Bu ölkə ilə də birlikdə iki dövlətin PUA-larının istehsal olunması razılaşdırıldı. İndi Azərbaycanla da belə proses həyata keçiriləcək. Bunun dərin siyasi, iqtisadi, hərbi mahiyyəti var. 21-ci əsrin müasir texnologiyaya böyük ehtiyacı var. Bu ehtiyacları qarşılamaq üçün də belə razılaşmalar önəmlidir”.
Hərbi jurnalist gələn il Türkiyədə pilotsuz qırıcı təyyarə istehsal olunacağını diqqətə çatdırıb və sonrakı illərdə Azərbaycanın da bu prosesin iştirakçısı olacağını vurğulayıb:
“İki qardaş ölkə üçün eləcə də Türk dünyası üçün belə addımlar böyük əhəmiyyət kəsb edir. Gələcəkdə digər türk dövlətlərinin də bu layihələrdə iştirakı gündəmə gələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq