Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Sevastopol sakinini dövlətə xəyanət şübhəsi ilə saxlayıb.
Sherg.az xəbər verir ki, FTX-nin məlumatına görə, 2006-cı il təvəllüdlü şəxs Krımda Rusiya Müdafiə Nazirliyinə məxsus hərbi obyektlər barədə məlumatları Ukrayna tərəfinə ötürüb.
Axtarış zamanı onun telefonunda kuratorla yazışmalar, həmçinin təxminən bir kiloqram çəkidə heksogen əsaslı əldəqayırma partlayıcı qurğunun komponentləri aşkarlanıb. Saxlanılan şəxsin partlayıcı maddələri Sevastopoldakı gizli saxlanc yerindən götürdüyü bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.