"Biz bir millət olaraq o böyük dühaların ruhlarını şad etməyi bacardıq" - Mətbuat Şurasının sədri
Turan
13:05 28.05.2020
Aktual
771
"Xalq öz azadlığı üçün yüz illər boyu yol gəlir. Etirazlar edir, üsyanlara qalxır və günlərin birində arzusuna qovuşur".
"Sherg.az" xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov feysbuk səhifəsində yazıb.
Ə.Amaşov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları xalqımızın məhz belə düşünən, istiqlal xəyalını gerçəyə çevirən böyük nümayəndələri idilər:
"Onların ruhları qarşısında baş əyirik. Məhz bu adamların tarixi xidmətlərinin nəticəsidir ki, biz 28 May tarixini Respublika Günü kimi qeyd edirik. Müqəddəs bayramımız mübarək! Biz hürriyyət atəşi ilə qovrulan tarixi şəxsiyyətlərimizi on illər boyu necə tanıdıq. Bu böyük simaları tanımağımıza imkan verildimi? Əlimizdə ədəbiyyat oldumu ki, rahat oxuyub təhlil edək, dəyərləndirək? Bəzən adlarını çəkməmizə belə qadağa qoydular! Və bütün məhrumiyyətlərə baxmayaraq, biz bir millət olaraq o böyük dühaların ruhlarını şad etməyi bacardıq. XX əsrdə növbəti dəfə müstəqilliyimizə qovuşduq".
MŞ rəhbəri qeyd edib ki, bu gün istiqlalımız yolunda fədakarlıq mücəssəməsinə çevrilmiş şəxsiyyətlərin mirası olan Cümhuriyyətimiz 102 yaşındadır:
"Qürurluyuq, fəxr edirik ki, müstəqil dövlət nemətinə sahibik. Respublika Gününü qeyd edərkən Şirməmməd Hüseynovun da ali ruhu qarşısında baş əyirəm. Mən digər elm adamlarımızın zəhmətindən də xəbərdaram. Coxları 1918-1920-ci illəri tədqiq edib, yazıb, amma Şirməmməd müəllim (Şirməmməd Hüseynov - red) xəzinə yaradib. Bu xəzinə özündə cümhuriyyət dövrü xadimləri olan mohtəşəm insanların tarixi xidmətlərinə müstəsna dəyərdir, mühüm istinad mənbəyimizdir. Uca Tanrı müstəqilliyimizi əbədi, xalqımızı firavan eləsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm