Boran Əziz: “Bu, Ramiz Mehdiyevin elm xadimlərinə qarşı soyqırımı siyasətidir”
Yusif Nəzərli
15:28 24.01.2022
Aktual
1914
Yanvarın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov vəzifəsindən istefa verməsi ilə bağlı bu qurum rəhbərliyinə rəsmi ərizə ilə müraciət edib. Bununla bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi və vitse-prezidentlərin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə məsələ müzakirə edilib və K.Şükürovun istefa ərizəsi qəbul olunmayıb.Qərara alınıb ki, professor Tarix İnstitutunun baş direktoru vəzifəsində fəaliyyətini davam etdirsin və mövcud nöqsanları özü aradan qaldırsın.Ötən günlərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri,filologiya elmləri doktoru,professor İdris Abbasov K.Şükürovun istefa səbəbindən mediaya danışıb.O söyləyib ki,professor məhz mənəvi-psixoloji təzyiqə və haqsızlığa dözməyədiyi üçün qurumdan istefa vermək qərarına gəlib.
AMEA-da baş verən son hadisələrdən “Sherg.az” danışan tarixçi-alim Boran Əziz bildirib ki, Kərim Şükürov olduqca vicdanlı , prinsipial, milli-mənəvi dəyərlərə bağlı bir tarixçi kimi tanıyır:
“Azərbaycan tarixşünaslığında böyük bir boşluq var idi. Əsərlərinə əsasən deyə bilərəm ki, o bu boşluğun xeyli hissəsini özünün zəhməti ilə aradan qaldırıb.Təəssüflə deyirəm ki,Azərbaycan tarixində olan bir sıra problemlərə müstəqilliyimizdən xeyli müddət keçməsinə rəğmən yenə də marksist, leninçi ideologiyası, kommunizm prinsipləri ilə yanaşılır. K.Şükürov keçən yüz ilin 90-cı illərdə çap etdiyi iki cildlik Azərbaycan tarixi vəsaitində tariximizin nəzəri metodoloji məsələlərinə işıq salmağa çalışıb. Bu baxımdan onun kimi adamın AMEA-nın Tarix İnstitutunda fəaliyyətə başlanması bizdə Azərbaycan tarixində olan bir sıra məsələlərin yenidən işlənəcəyinə, onların müstəqillik dövrünün prinsiplərinə uyğun olaraq insanlara çatdırılacağına inam yaratmışdır”.
B.Əziz kadrların AMEA-ya illərlə qohumluq, dostluq prinsipləri ilə təyin olduğu üçün bir sıra problemləri həll etməyin çətin olduğunu vurğulayıb:
“Kərim Şükürov kimi bir şəxsin isə bu prinsiplərdən kənar yalnız öz elmi səriştəsi, bacarığı, savadına görə vəzifəyə təyin edilməsi görünür ki, AMEA rəhbərliyini də qıcıqlandırıb. Vaxtilə Azərbaycanın qədim, orta əsrlər, müasir və s..tarixi dövrü ilə bağlı olduqca zəruri olan problemlərin aradan qaldırılması üçün istedadlı gənc kadrları tapmaq lazım idi. K.Şükürov belə kadrdır. Akademiya rəhbəri Tarix İnstitutunun baş direktorunu çağırıb onunla hansı problemləri həll etmək istədiyinə dair müzakirələr aparmaq əvəzinə məişət səviyyəsində intriqalarla məşğul olmağa başlayıb”.
Tarixçi-alimin fikrincə, bu Ramiz Mehdiyevin elm xadimlərinə qarşı soyqırımı siyasətidir:
“Sanki R.Mehdiyev özünü Azərbaycan Kommunist Partiyasının rəhbəri, Tarix İnstitutunun direktorunu isə Rayon Partiya Komitəsinin işçisi hesab edir. Tabeliyində olan adamları çağıraraq orda elmi iş mühitinə uyğun,işgüzar müzakirə etmək əvəzinə onlarla mətbuat vasitəsilə əlaqə saxlayır. Bu görülməmiş bir işdir. Hər halda Azərbaycan elmini düşünən, onun problemlərinin nə qədər ağır, çətin olduğunu bilən insanlar üçün professorun istefa xəbəri olduqca üzücü idi”.
B.Əziz diqqətə çatdırıb ki, AMEA Azərbaycan ziyalılarına,vətəndaşlarına heç cür laqeyd qala bilməz:
“Çünki bu qurum sizin, mənim, eləcə də digərlərinin əmək haqqından toplanan vəsait hesabına yığılan büdcədən maliyyələşir. Nəyə görə bizim büdcəmiz hesabına fəaliyyət göstərən AMEA anti-milli, anti-xalq mövqeli konsepsiyaları yenidən tirajlamalıdır?! Bu yolverilməzdir. Çox arzu edərdim ki, müvafiq orqanlar bu işə qarışıb AMEA rəhbərliyinin özbaşınalıqlarına imkan verməsin. Biz gözləyirik və belə olcağına da inanırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə