Böyük Britaniya Myanmanın hərbi attaşesini ölkədən çıxarır

Böyük Britaniya Myanmanın hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Ed Milibənd açıqlama verib.

O bildirib ki, buna BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Myanmanı rohinca müsəlmanlarına qarşı soyqırımında təqsirli bilməsi səbəb olub.

"Biz Myanmanın hərbi attaşesinin Böyük Britaniyadan çıxarılması barədə göstəriş vermişik və məhkəmənin bu qərarını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edirik", - deyə nazir bildirib.

Qeyd edək ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 9 lehinə, 6 əleyhinə səslə Myanmanın soyqırımı törətdiyinə dair hökm çıxarıb. Məhkəmə 2017-ci ildə keçirilən hərbi əməliyyat zamanı Myanma təhlükəsizlik qüvvələrinin minlərlə dinc rohinca sakinini qətlə yetirdiyini və Banqladeşə qaçmağa çalışan insanlara hücum etdiyini təsdiqləyib.