
Brüssel görüşü! – Mişel Putini “out” etdi: Qarabağ Rusiyanın təsirindən çıxıb?
Yusif Nəzərli
13:36 30.08.2022
Aktual
918
Cümşüd Nuriyev:“Bütün hallarda qalib olduğumuza görə diqtə edən tərəf bizik. “Top” İrəvandadır. Paşinyanın ondan necə istifadə etməsi qarşı tərəfin problemidir”
Sabah Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüş keçiriləcək. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüş öncəsi öz “Twitter” hesabında paylaşım edib. Məlumata görə, görüş Brüsseldə baş tutacaq. Şarl Mişel qeyd edib ki, dördüncü Brüssel görüşündən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsi yaradıb.
Azərbaycan Prezidentinin Mətbuat xidməti yaydığı məlumata görə, telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev sabah baş tutacaq görüş barədə öz gözləntilərini “Sherg.az”la bölüşüb. Professorun sözlərinə görə, müzakirələrin Brüsseldə aparılması bizim üçün önəmlidir:
“Bu görüş əslində Moskvada keçirilməli idi. Avropa İttifaqı (Aİ) isə görüşün keçiriləcəyi ölkəni dəyişdi. Bununla da Şarl Mişel Vladimir Putini qabaqladı və siyasi cəhətdən onu “out” vəziyyətinə saldı. Təbii ki, görüşün Brüsseldə baş tutması Azərbaycanın maraqlarına uyğundur. Çünki Brüssel Aİ-nin paytaxtıdır. Digər tərəfdən bu ölkədə dünyanın bir sıra önəmli məsələləri həll olunur. O cümlədən ötən il Brüsseldə Azərbaycan və Ermənistan arasında post müharibə dövründə həyata keçiriləcək tədbirlər müzakirə olunub. 10 aydan sonra yenidən Brüsseldə toplanmanın rəmzi mənası da var”.
C.Nuriyevin fikrincə, Qarabağla bağlı məsələlər artıq rəsmi Moskvanın təsir dairəsindən çıxıb:
“ABŞ və Fransadan fərqli olaraq Brüssel Azərbaycanın haqq işini daha çox dəstəkləyir. Bu mənada görüşün xüsusi əhəmiyyəti var. Görüşdə üç əsas məsələ masada olacaq.
İki ölkə arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya,demarkasiyası və Zəngəzur dəhlizi adlandırılan lojistik yolun açılması əsas müzakirə mövzularıdır.
Bu yolun çəkilməsinin Azərbaycanla yanaşı, Ermənistan üçün də əhəmiyyəti var. Qarşı tərəf tam blokadadır. Rəsmi İrəvanı bu günə qədər dəstəkləyən Rusiyanın ciddi problemləri var. Bu səbəbdən yolun çəkilməsi Ermənistan üçün də vacibdir. Bu yolun çəkilməsində maraqlı olmayan yeganə dövlət İrandır.
Rəsmi Tehran müxtəlif yollarla prosesə maneə olmağa çalışır.
Görüşdə tərəflərin sülh müqaviləsi üçün razılıq verəcəklərinə ümidliyəm. Ermənistanın başqa çıxış yolu və vaxtı yoxdur. Bu gündən etibarən Laçında yeni yol fəaliyyət göstərir.
Artıq Xankəndi ilə Ermənistan arasında yeni yol işə düşür. Bu da ölkəmizin iqtisadi və siyasi iradəsinin göstəricisidir. Bütün hallarda qalib olduğumuza görə diqtə edən tərəf bizik. “Top” İrəvandadır. Paşinyanın ondan necə istifadə etməsi qarşı tərəfin problemidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə