Brüssel görüşündən gözləntilər azdır
Brüssel görüşündən gözləntilər azdır
Yusif Nəzərli
22:36 30.08.2022
Aktual
530
Sülh sazişinin imzalanması prosesində Qərblə Rusiya arasında açıq-aşkar rəqabət gedir
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüş keçiriləcək. Görüş Brüsseldə baş tutacaq. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də tvitterində paylaşdığı məlumatla görüşün baş tutacağını təsdiqləyib. Dördüncü Brüssel görüşündən əvvəl Şarl Mişel Prezident İlham Əliyevlə telefon əlaqəsi yaradıb. Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi, görüşün gündəliyinə aid məsələlər müzakirə olunub. Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla da danışıb. Xatırladaq ki, liderlər Şarl Mişelin vasitəçiliyi ilə son dəfə Brüsseldə bu ilin mayın 22-də görüşmüşdülər. Əfsuslar olsun ki, görüşdə razılaşdırılan məsələlərlə bağlı irəliləyiş yoxdur. Nikol Paşinyan razılaşmaları yerinə yetirmir, radikal müxalifətin onu devirəcəyindən çəkinir. Ekspertlərə görə, Brüsseldə bu dəfə ən yaxşı nəticə sülh sazişinin hazırlanması ilə bağlı üçtərəfli işçi qrupun yaradılması ola bilər.
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə açıqlamasında deyib ki, siyasi şərhçilərin, o cümlədən rəsmi Bakının görüşdən gözləntisi ciddi deyil. Partiya rəsmisi məşhur alman dövlət xadimi Otto fon Bismarkın bir aforizmini xatırladaraq sözlərinə başlayıb:
“Bismark deyirdi ki, “tarixi hadisələr qan və dəmirlə həll edilir, səsvermə və çıxışlarla deyil”. Həqiqətən də 2020-ci ildə gördük ki, münaqişələr, müharibələr savaşla, qanla həllini tapır. Düzdür, hər müharibənin sonu danışıqlar masasıdır, ancaq hər masadan əvvəl müharibə şərtdir. İndi Azərbaycan-Ermənistan arasındakı məsələ masada müzakirə olunmaqdadır. Amma iki ölkə arasında münasibətlərin normallaşması, sülh sazişinin imzalanması prosesində Qərblə Rusiya arasında açıq-aşkar rəqabət gedir. Avropa İttifaqı çalışır ki, Qarabağ məsələsini birdəfəlik Rusiyanın əlindən alsın. İndiki halda Ermənistan Baş naziri Nikol Paşinyanın da buna meyilli olduğu görünür. Sadəcə olaraq Ermənistan Rusiyanın forpostu olduğu üçün İrəvan hökuməti açıqdan addım ata bilmir. Paşinyan daha çox Qərbin əliylə Moskvanın proseslərdəki mövqeyini zəiflətməyə çalışır. Əslində prosesin bu yöndə irəliləməsi Azərbaycanın maraqlarına cavab verir və Bakının manevr imkanlarını artırır. Yəni Ermənistan Qərbə meyillənərək Kremli qəzəbləndirdiyi müddətcə Azərbaycan öz istədiklərini tədricən əldə edir. Hesab edirəm ki, bu, düzgün mövqedir. Siyasət mövcud reallıqları maksimum dərəcədə dəyərləndirmək bacarığıdır. Ancaq bir daha deyirəm, Brüssel görüşündən xüsusi və əhəmiyyətli nəticələr gözləmirəm”.
Ə.Məmmədli vurğulayıb ki, Cənubi Qafqaz regionuna təsir gücü olan iki ölkə var - Rusiya və Türkiyə: “Önəmli olan odur ki, bölgə əvvəl təkcə Rusiyanın nəzarətində idisə, artıq qardaş Türkiyə də proseslərin içindədir və söz sahibidir. Avropa İttifaqı isə Rusiya və Türkiyədən geri qalmamaq üçün ara-sıra bu cür təşəbbüslər göstərir. Aİ-nin təşəbbüsləri rəsmi Bakının maraqlarına cavab verəcəksə, Azərbaycan tərəfi görüşlərin davamlı olmasına etiraz etməyəcək. Yox əgər bizi məğlub Ermənistanla eyni müstəvidə qəbul edəcəklərsə, təbii ki, o zaman belə görüşlərə də “yox” deməliyik”. Çünki qalib dövlətə hər masada baxış daha fərqli olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?
20:51 07.09.2026
Dünya
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
20:44 07.09.2026
Futbol
Qucaqlaşmaq sadəcə sevgi deyil: Beyində bu prosesləri işə salır
20:36 07.09.2026
Sağlamlıq
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır - ŞƏRH
20:27 07.09.2026
Gündəm
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya