Brüssel vahid sülh platforması deyil: Nəticə barədə fikir yürütmək çox çətindir

Dünya və region üçün daha bir önəmli və həlledici tarix yaşanır.
"Uzun sürən fasilədən sonra Avropa İttifaqı Azərbaycan -Ermənistan münasibətlərinin normallaşması üçün yenidən səylərini formalaşdırır".
Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Prezident İlham Əliyev Belçika Krallığına rəsmi işgüzar səfərə gəlib:
"Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş baş tutacaq. İndidən hər-hansı fikir yürütmək çox çətindir. Çünki Brüssel vahid sülh platforması deyil. Onunla yanaşı daha iki masa var. 
1-4 may tarixlərində aparılan Vaşinqton danışıqları Ermənistanın davam edən təxribatları nəticəsində heçə endi desək yəqin ki, yanılmarıq. Azərbaycan -Ermənistan şərti sərhədində baş verən son hadisələr  üçtərəfli görüşdə Moskvadan yenicə qayıdan Paşinyanın sülhə nail olmaq istəyinə də zəmanət vermir. 
İstənilən halda Azərbaycan diplomatiyası sözünü deyir. Dəmir yumruğu ilə Brüsselə gedən Azərbaycan diplomatiyası və müdrik siyasətçisi cənab İlham Əliyevin qələbə qazanacağına heç bir şübhə yoxdur. İndidən bütün Azərbaycan xalqını təbrik etmək vətəndaş kimi borcumdur".