İtaliyanın “İnter” klubu Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlunun müqaviləsini uzatmaq istəyir.
Teleqraf “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalamaq üçün danışıqları davam etdirir.
A Seriyası təmsilçisi yanvar ayına qədər razılığa gəlməyi hədəfləyir.
“İnter” futbolçuya hazırkı maaşından daha aşağı baza əməkhaqqı təklif etməyi planlaşdırır. Tərəflər arasında razılaşmanın əldə olunmasında performansa görə bonuslar da mühüm rol oynaya bilər.
Qeyd edək ki, Hakan Çalhanoğlunun “İnter”lə müqaviləsi 2027-ci ildə başa çatır. Türkiyə millisinin üzvü bu mövsüm komandanın heyətində keçirdiyi 8 oyunda 3 qol vurub.