Bu avtobusların hərəkət istiqaməti dəyişdi
Fidan Həmişəyeva
10:23 07.01.2020
Aktual
652
Paytaxtda bir sıra marşrutlar üzrə avtobusların hərəkət istiqaməti dəyişib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin verdiyi məlumata görə, Badamdar qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlərini nəzərə alaraq 3 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib:
"Qəsəbə sakinlərinin "Elmlər Akademiyası" m/st, Statistika komitəsi, "Gənclik" metro stansiyası, Atatürk prospekti, 7-ci mikrorayon və "Dərnəgül" m/st istiqamətində birbaşa daşınmasının, eyni zamanda A.Abbaszadə küçəsi (Oksford məktəbi) ətrafında məskunlaşan sakinlərin 3 nömrəli marşrutdan hər iki istiqamət üzrə istifadəsinin təmin edilməsi məqsədilə avtobuslar Badamdar qəsəbəsinədək hərəkət edəcək. 3 nömrəli marşrutun Badamdar qəsəbəsinə uzadılmasından sonra H.Cavid pr. istiqamətində yaranan təkrarlanmanın aradan qaldırılması məqsədilə, 53 nömrəli marşrut üzrə avtobusların da hərəkət sxemində müəyyən dəyişiklik edilib.
Belə ki, 53 nömrəli xətt üzrə avtobuslar "20-ci Sahə" dairəsi istiqamətində, Badamdar qəsəbəsi – Badamdar şosesi – Parlament prospekti – Azneft dairəsi – Neftçi Qurban küçəsi – Bibiheybət yolu – 20-ci Sahə dairəsi, Badamdar qəsəbəsi istiqamətində 20-ci Sahə dairəsi – Mikayıl Useynov küçəsi – Azneft dairəsi – Parlament prospekti – Badamdar şosesi - Badamdar qəsəbəsi istiqamətində hərəkət edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə