Bu gün sülh şəraitində yaşasaq da, müharibənin ağır nəticələri unudulmamalıdır - RƏY

" Ermənistan-Azərbaycan münaqişəsinin, erməni vəhşiliyinin ağır fəsadlarının Ümumdünya Şəhərsalma Forumunda xarici qonaqlara təqdimatı geniş olmalıdır"

Paytaxtımızda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına sayılı günlər qalıb. 2 gündən sonra Bakı mötəbər tədbirə ev sahibliyi edəcək. Gözləntilər nədir, WUF-13-dən? 

Sosial Rifah və Tədqiqatlar İctimai Bilriyinin sədri Əkrəm Bəydəmirli “Sherg.az”a açıqlamasında bir neçə mühüm məqama toxundu: 

- 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumu əhəmiyyətli toplantıdır. Ümumiyyətlə, Azərbaycanda zəngin tarixə malik şəhərsalma ənənələri olub. Bu barədə geniş danışmaq olar. Amma bəzi zəruri məqamlarla bağlı qısaca fikirlərimi bildirəcəm. Heç şübhəsiz ki, müəyyən texnoloji yeniliklər, iqtisadi sistemlərin dəyişməsi, münaqişələr, işğal faktoru mövcud ənənələrə təsir göstərdi. Hətta dünyada davam edən müharibələr ən böyük zərbəni yaşayış yerlərinə, tarixi şəhərlərə vurdu. Ozündə çox zəngin mədəniyyəti yaşadan tarixi abidələr sıradan çıxarılıb. Belə acı nəticələri biz 30 illik münaqişə dövründə erməni işğalı altında qalan Qarabağda və digər ərazilərdə gördük. Azərbaycan insanı Konstitusiyada təsbit edilmiş əmlak, şəxsi mülkiyyət hüququndan məhrum oldu. Yer üzündən silinmiş şəhərlər bu gün böyük vəssitlər hesabına yenidən inşa olunur. Qənaətimcə, Ermənistan-Azərbaycan münaqişəsinin, erməni vəhşiliyinin ağır fəsadlarının Ümumdünya Şəhərsalma Forumunda xarici qonaqlara təqdimatı geniş olmalıdır. Bu gün sülh şəraitində yaşasaq da, müharibənin ağır nəticələri unudulmamalıdır. Müharibə qanunlarını, beynəlxalq hüququ pozub həm dinc insanlara, həm də şəhərləri yer üzündən silən hərbi canilərinə münasibət birmənalı olmalıdır. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq işğal altında qalan ərazilərini azad etdi və müharibə cinayətləri törətmiş bir qrup erməni ilə bağlı bağlı məhkəmə hökm verdi. Şəhərlərin dağıdılmasında. dinc insanların ölümündə ittiham olunan digər erməni mənşəlli şəxslərində məhkəmə qarşısına çıxarılması ədalətin bərpası olar. Bu, həm də ona görə lazımdır ki, dünyada müharibə cinayətləri törədənlərə bir ibrət dərsi olsun.