Ceyhun Bayramov Cibutinin xarici işlər naziri ilə görüşüb
17:02 05.03.2023
Aktual
308
5 mart 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətərə işgüzar səfəri çərçivəsində Cibuti Respublikasının xarici işlər naziri Mahamud Ali Yusuf ilə görüşüb.
XİN-dən Sherg.az-a bildirilib ki, görüşdə Azərbaycan və Cubuti arasında ikitərəfli siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz arasında xüsusilə iqtisadi, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüş zamanı, nazir Ceyhun Bayramov BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda Azərbaycana, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hər zaman göstərdiyi dəstəyə görə Cibuti tərəfinə təşəkkür edib.
Nazir, həmçinin həmkarına Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkarı üzv ölkələri üçün təhsil və təlim üçün təqaüd proqramı barədə məlumat verib və Cibutinin bu imkanlardan faydalanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Cibutinin xarici işlər naziri ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə dair fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya
İlk üz-üzə təmas: ABŞ və İran Omanda masa arxasına oturdu
12:40 06.02.2026
Gündəm