Çin hakimiyyəti koronovirusa qarşı ilk peyvəndin klinik sınaqlarına icazə verib
13:01 17.03.2020
Aktual
666
Çin hakimiyyəti yeni tip koronovirusun (COVID-2019) səbəb olduğu xəstəliyə qarşı ilk peyvəndin klinik sınaqlarına icazə verib.
AZƏRTAC bu barədə Çinin Mərkəzi televiziyasına istinadla xəbər verir. “Dünən yerli vaxtla saat 20:18-də akademik Çen Veyin rəhbərlik etdiyi tədqiqatçılar qrupu klinik sınaqlara icazə alıb”, - telekanalın məlumatında belə deyilir.
Peyvəndi Çin Hərbi Tibb Elmləri Akademiyasının aparıcı biomühəndisi, general-mayor Çen Veyin rəhbərlik etdiyi qrup hazırlayıb. Qrup koronavirus infeksiyası yayılmağa başladığı günlərdə virusun episentri olan Uxan şəhərinə ezam olunaraq, peyvəndin hazırlanması istiqamətində işə başlamışdı.
Çinli mütəxəssislərin hazırladıqları peyvənd təhlükəsizlik, effektivlik və keyfiyyət parametrləri üzrə təsdiq olunub. Bundan başqa, vaksinin kütləvi istehsalı üçün ilkin hazırlıq işləri də başa çatdırıb.
Son məlumatlara görə, Çində koronovirusa yoluxanların sayı 81 min 117 nəfərə, ölənlərin sayı isə 3 min 231 nəfərə çatıb.
Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən, ötən sutka ərzində ölkədə 21 yoluxma və 13 ölüm faktı qeydə alınıb. Ölüm hallarının 12-si virusun episentri olan Hubey əyalətində baş verib. Həmçinin indiyədək xəstəlikdən 68 min 679 nəfər sağalıb, 2 min 830 xəstənin vəziyyəti isə ağırdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm