"COP29 Azərbaycanın və dünyanın tarixində yadda qalacaq tədbir olacaq” - Millət vəkili
11:07 29.04.2024
Aktual
529
Bu tədbirdə iştirak edən şəxslər çox güman Qarabağa və Şərqi Zəngəzura da səfərlər edəcəklər
Azərbaycanda ətraf mühitin qorunması hər zaman dövlətin diqqət mərkəzində olub. Həm ölkə daxilində keçirilən müxtəlif tədbirlər, həm də ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklər bunun bariz nümunəsidir. Otuz ilə yaxın torpaqlarımızın 20 faizdən çoxunun işğal altında qalması nəticəsində həmin ərazilərimiz nəinki həyata keçirdiyimiz ekoloji tədbirlərdən məhrum olmuşdu, hətta ekoterrora məruz qalmışdı. Meşələr və təbii sərvətlərimiz Ermənistan tərəfindən talanmışdı, biomüxtəlifliyə ciddi ziyan vurulmuşdu. Üç il əvvəl əldə edilən tarixi Qələbədən dərhal sonra ölkə başçısının ard-arda verdiyi fərman və sərəncamlar, tapşırıqlarla həmin ərazilərdə quruculuq işlərinə başlanıldı. Azərbaycanın COP29 ev sahibliyi etməsi də ölkəmizin ətraf mühitin qorunmasına verdiyi önəmlə bağlıdır. COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.
Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
Bu qlobal tədbir üçün Azərbaycanın bir ildən az vaxtı olduğunu vurğulayan dövlət başçısı bildirib: “Biz də əlimizdən gələni edirik ki, yaxşı nəticələr əlimizdə olsun”.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən millət vəkili Mahir Abbaszadə bildirib ki, COP29 tədbirinin Bakıda keçirilməsi Azərbaycanın artan və inkişaf edən beynəlxalq nüfüzunun nəticəsidir:
“Bakı dəfələrlə beynəlxalq tədbirlərin keçirilməsində böyük rol oynayıb. Azərbaycanda müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən xarici ölkələrin nüfüzlu şəxsləri həmişə yüksək təəssüratlarla ölkədən ayrılıblar. Bu isə Azərbaycanın COP29-a ev sahibliyi etməsində mühüm rol oynadı. Eyni zamanda, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uzun müddət hökm sürən sabitlik və təhlükəsizlik COP29-un Bakıda keçirilməsinə səbəb olan əsas amillərdəndir. Ali Baş Komandanın ötən günlərdə Almaniyaya səfəri Azərbaycanın Avropa ölkələrilə artan əlaqələrinin nəticəsidir. Cənab Prezidentin dediyi kimi, COP29 tədbirində iştirak edəcək təxminən 60 min insan dünyanı narahat edən ekoloji mühitlə bağlı ölkəmizin verdiyi töhvələri görəcəklər”.
Deputat qeyd edib ki, bu tədbirdə iştirak edən şəxslər çox güman Qarabağa və Şərqi Zəngəzura da səfərlər edəcəklər:
“Onlar, ermənilər tərəfindən ekoloji mühitin necə darmadağın edildiyini və Azərbaycanın torpaqları azad etdikdən sonra həmin ərazilərdə bərpa işlərini gördüyünə də şahid olacaqlar. Digər tərəfdən tədbir bitdikdən sonra platformada verilən mesajlar və qarşıya qoyulan məqsədlər dünyanı narahat edən yaşıl enerjiylə bağlı dünya ictimaiyyəti üçün faydalı məsələdir. Azərbaycanın sözügedən problemlə bağlı öz müsbət münasibətini bildirməsi və tədbirdə iştirak edən şəxslərinin ölkəmizi daha yaxından tanıması baxımından COP29 çox vacib tədbirdir. COP29 Azərbaycanın və dünyanın tarixində yadda qalacaq tədbir olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya