
COP29: Bu Azərbaycanın beynəlxalq birliyin əsas aktorlarından biri olmasına iddiasını ortaya qoyur -ŞƏRH
12:51 19.01.2024
Aktual
659
ABŞ-nin Azərbaycandakı səfirliyi digər beynəlxalq missiyalara çağırış edib.
Bu barədə səfirliyin X hesabında paylaşılıb.
"Biz bu il yeni və kreativ yaşıl siyasəti həyata keçirmək üçün Azərbaycandakı digər beynəlxalq missiyalara dostcasına çağırış edirik. Biz birlikdə ətraf mühiti yaxşılaşdırmağı səbirsizliklə gözləyirik!",- məlumatda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eyni zamanda Bakı bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan artıq uzun illərdir ki, beynəlxalq və regional tədbirlərin təşkilində uğurlu nəticələrə sahibdir:

"Eyni zamanda Azərbaycanın gözəl təcrübəsi var. İstər siyasi, iqtisadi, mədəni, İstərsə də, idman sahələrində bizim tədbirlərimiz kifayət qədər çox olub. Məsələn, 2015-ci il Avropa Oyunları, Qoşulmama Hərəkatının son tədbirləri, Avroviziya müsabiqəsi və İslam Həmrəylik Oyunları bunlara nümunədir. Hesab edirəm ki, qeyd edilən missiyadan xeyli yararlana bilərik. Əslində, iqlim dəyişikliyi üzrə konvensiyanın keçirilməsi imkan verir ki, Azərbaycan beynəlxalq birliyin əsas aktorlarından biri olmağa iddialı olduğunu ortaya qoysun. Elə dövlətlər var ki, ərazisi böyük, əhalisi çoxdur və potensial olaraq insan kapitalı yüksəkdir. Amma onun belə tədbirlər keçirmək imkanı və təşkilatçılıq qabiliyyəti Azərbaycan qədər yoxdur. Azərbaycan isə istənilən beynəlxalq tədbirləri daha rahat şəkildə həyata keçirdib. Həmin sammitin Azərbaycanda keçirilməsi ölkəmizin bir daha sülhpərvər, bəşəri dəyərlərə sadiq olan və yüksək hümanist dəyərləri özündə aşılayan dövlət olduğunu dünyaya göstərmiş olacaq. Çünki İkinci Qarabağ müharibəsi və ondan sonrakı müddətdə dünyada bəzi qüvvələr antiazərbaycan propaqandası həyata keçirirdilər. Ona görə də məhz belə propaqandalara sözümüz ilə deyil, əməlimiz ilə cavab verməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm